Accessibility links

İtaliyada koronavirusa yoluxanların sayı 28 minə yaxınlaşıb


İtaliyanın Baş naziri Cüzeppe Konte ölkənin "ən riskli həftələrə" ayaq basdığı dövrdə koronavirusla mübarizə üçün Avropanı sağlamlıq və iqtisadi tədbirlərlə bağlı birliyə çağırıb.

İtaliyanın bazar ertəsi günü nəşr olunan "Il Corriere della Sera" qəzetinə verdiyi müsahibədə Konte söyləyib ki, ölkədə COVID-19 virusuna yoluxma halları "hələ də zirvəsinə çatmayıb".

"Elm adamları bizə hələ zirvəyə çatmadığımızı söyləyirlər. Bu həftələr ən risklidir və maksimum ehtiyatlı olmalıyıq. Mühafizə sistemimizi azalda bilmərik. Bu, son onilliklərin ən vacib problemidir "- deyə o, bildirib.

İtaliya hökuməti səyahət və kütləvi toplaşmanı məhdudlaşdırmaq üçün kəskin tədbirlər görsə də, Konte "yeni qadağaların" lazım olmadığını vurğulayıb: "İndi qüvvədə olanlara ciddi şəkildə riayət etmək vacibdir" - deyə bildirib.

Baş nazir bazar ertəsi səhiyyə, iqtisadiyyat, maliyyə və tədqiqat sahələrində COVID-19-a qarşı mübarizəni koordinasiya etmək üçün videokonferensiya ilə fövqəladə G7 sammitində iştirak edir.

Bazar günü axşam İtaliyada 1800-dən çox yeni koronavirus halı qeydə alınıb, o cümlədən 24 saat ərzində 368 yeni ölüm, ümumilikdə 28,000-ə yaxın yoluxma hadisəsi baş verib.

XS
SM
MD
LG