Accessibility links

İsveçrədə Telman İsmayılova qarşı cinayət işi açılıb


İsveçrədə Moskvanın Cherkizovski bazarının sabiq sahibi Telman İsmayılova qarşı cinayət işi açılıb. O, kredit vasitələri ilə fırıldaqçılıq da daxil omaqla, üç iqtisadi cinayət törətməkdə şübhəli bilinir.

Əgər məhkum olunarsa, Telman İsmayılovu üç ildən beş ilədək həbs gözləyir.

Cinayət işi BM Bankının (əvvəlki Moskva Bankı) nümayəndələrinin Sürixdə prokurorluğa ərizə ilə müraciət etməsindən sonra açılıb.

Rusiya və Monteneqro vətəndaşı olan İsmayılov hazırda Monteneqroda yaşayır.

O, daha əvvəl beynəlxalq axtarışa verilənlərin siyahısına salınıb, Moskvanın Basmannı məhkəməsi isə 2017-ci ildə onu qiyabi olaraq həbsə məhkum edib.

İstintaq komitəsi İsmayılovu 2016-cı ildə Moskva vilayətində iş adamları Vladimir Savkin və Yuri Brılevun qətlini təşkil etmək və 2004-cü ildə müğənni Avraam Russonun oğurlanmasında günahlandırır.

XS
SM
MD
LG