Türkiyəlilər İstanbulda keçirilən bələdiyyə seçkilərinin nəticələrinə yenidən baxmağa hazırlaşır.
Türkiyənin Yüksək Seçki Şurası prezident Rəcəp Tayyib Ərdoğanın `Ədalət və İnkişaf Partiyası`nın şikayəti əsasında İstanbulda martın 31-də keçirilən bələdiyyə seçkisinin nəticələrini ləğv edib.
Heç kim xalqın istəyinin qarşısını ala bilməz. Biz vaz keçməyəcəyik.Əkrəm İmamoğlu
Digər tərəfdən, səsvermənin yenidən keçirilməsi ölkəni siyasi və iqtisadi xaosa sürükləyə bilər.
Türkiyənin dövlət xəbər agentliyi yeni seçkilərin iyun ayınıln 23-də keçiriləcəyini bildirib.Yüksək Seçki Şurası qərarının səbəblərini açıqlamayıb. Lakin 11 hakim - 7 səs lehinə, 4 səs əleyhinə olmaqla - İstanbuldakı seçkilərin nəticələrini ləğv edib.
"Biz demokratiya üçün yanırıq. Biz gəncik. Heç kim xalqın istəyinin qarşısını ala bilməz. Biz vaz keçməyəcəyik" - deyə, mart ayında keçirilmiş İstanbul bələdiyyə seçkilərində qalib gələn Əkrəm İmamoğlu mitinqlərin birində bildirib.
Minlərlə İmamoğlu tərəfdarı etiraz olaraq gecəni İstanbul küçələrində keçirib.
Aprelin 1-də açıqlanan seçki nəticələrinin səhv olduğunu deyən `Ədalət və İnkişaf Partiyası` Yüksək Seçki Şurasının qərarını alqışlayıb.
"Yüksək Seçki Şurası qalibin kim olduğuna deyil, xalqın öz iradəsini ədalətli yolla göstərməsini seçdi" - deyə, "Ədalət və İnkişaf Partiysı"nın sədr müavini Cevdət Yılmaz bildirib.
6 may 2019-cü il - Türkiyədə daha bir çevriliş oldu.Xalq Demokrat Partiyası
Müxalifətin kürd tərəfdarı Xalq Demokrat Partiyası da Ali Seçki Şurasının qərarını hiddətlə qarşılayıb. "6 may 2019-cü il - Türkiyədə daha bir çevriliş oldu" - deyə, Xalq Demokrat Partiyasının parlament üzvü bildirib.
Seçkilərin ləğvi ilə bağlı qərar beynəlxalq ictimaiyyət tərəfindən də sərt reaksiya ilə qarşılanıb.
"Ərdoğan məğlubiyyəti qəbul etmir və xalqın iradəsinə qarşı çıxır" - deyə, Avropa Parlamentinin üzvü və Avropa Birliyinin Türkiyə üzrə məruzəçisi Keti Piri bildirib.