Accessibility links

İsrailin baş prokuroru: Benyamin Netanyahu baş nazir olaraq qala bilər


İsrailin baş prokuroru Aviçay Mandelblit deyib ki, keçən həftə korrupsiya ittihamları irəli sürülməsinə baxmayaraq, baş nazir Benyamin Netanyahu hökumətə başçısı kimi vəzifəsində qala bilər.

Müxalifətin istefa ilə bağlı təzyiqlərinə məruz qalan Netanyahu istefa verməyəcəyini deyib.

Netanyahu zəngin bir dostu haqda qəzetdə məqalə dərc etdirmək də daxil edilməklə, milyoner dostlarından şəxsi fayda müqabilində yüz minlərlə dollar məbləğində pul və hədiyyələr almaqda ittiham edilir.

Netanyahunun bu ittihamlarla üzləşməsi İsrail vətəndaşlarının bu il üçüncü dəfə ümummilli seçki ehtimalı ilə qarşılaşdığı vaxta təsadüf edir.

Nə Netanyahu, nə də onun mərkəzçi siyasi rəqibi Benni Qantz əvvəlki iki nəticəsiz səsvermədən sonra hökuməti təşkil edə bilməyib.

Qantz Netanyahu ilə hakimiyyətin bölüşdürüldüyü hökuməti istisna edib.

XS
SM
MD
LG