İsraildə 24 saatlıq Holoskost Anım Günü başlanıb. İsrail prezidenti Reuven Rivlin Avropada antisemitizmin yüksəlməsilə bağlı xəbərdarlıq edib. O, hökuməti Avropanın ifrat-sağçı partiyaları ilə alyans yaradarkən ehtiyatlı olmağa çağırıb.
“Antisemitizm və irqçilik dillərinin, miraslarının, ideologiyalarının bir hissəsi olan siyasi qüvvələr heç vaxt bizim müttəfiqlərimiz ola bilməz” - deyə, Rivlin vurğulayıb.
Son zamanlar dünyada dini məkanlara hücumlar artmaqdadır. Aprelin 27-də Kaliforniyada sinaqoqa hücumda bir nəfər öldürülüb, üç nəfər yaralanıb. Müsəlman, xristian, digər dini məkanlar da hücum hədəflərinə çevriilir.
Baş nazir Benyamin Netanyahu Kaliforniya sinaqoqundakı atışmanı dünyada artan antisemitizmə son nümunə adlandırıb.
Netanyahu Şərqi Avropanın bəzi liderlərinə qucaq acdığı üçün tənqid olunur. Həmin liderlər İsrailə güclü siyasi dəstək verirlər, amma Holokostun təhrif olunmuş imicini təbliğ edirlər.
Holokost 2-ci Dünya Müharibəsi dövründə nasistlərin 6 milyon yəhudini qətlə yetirməsi yad olunur. Anım mayın 1-də günbatanda Qüdsdəki Yad Vashem Holokost memorialında əsas mərasimlə başlanıb.
Anım Günündə ölkədə əyləncə yerləri, kafelər bağlanır, televiziya və radio stansiyaları Holokostla bağlı sənədli filmlər göstərir, faciədən sağ çıxanlardan müsahibələr alır.