Accessibility links

İsrail hərbi qüvvələri yanğın şarlarına cavab olaraq Həmasa zərbə endirib


İsrail ordusu bildirib ki, Qəzzadan İsrailə endirilən yanğın şarlarına cavab olaraq, şənbə günü səhər saatlarında İsrail hərbi təyyarələri Qəzza Zolağında iki hədəfi vurub.

İsrail ordusu Həmas hərbi birləşmələrinin yerləşdiyi və raket buraxılan sahə olduğu bildirilən əraziyə zərbələr endirib. İsrail ərazisinə atılan 4 ədəd yandırıcı maddəli şar yanğına səbəb olub və kənd təsərrüfatına ziyan vurub. İsraildə və Qəzzada itkilər barədə heç bir məlumat yoxdur.

Həmas hadisə ilə bağlı şərh verməyib.

İsrail mətbuatı bildirib ki, cümə günü günortadan sonra Qəzza zolağına yaxın ərazilərə atılan yandırıcı şarlar dörd yanğının başlamasına səbəb olub.

Yanğın şarlarının buraxılması 2007-ci ildə silahlı qrupun Qəzzada hakimiyyəti ələ keçirməsindən bəri İsrail və Həmas arasında dördüncü olan 11 günlük müharibədən iki ay sonra baş verib.

İsrail döyüşlər bitdikdən sonra ərazidə olan mühasirəni zəiflətmək üçün çox səy göstərməyib, Həmasın isə təzyiq taktikası olaraq yandırıcı şarlardan istifadə etdiyi görünür. İsrailin yeni baş naziri Naftali Bennet yandırıcı şarları raket atəşi ilə müqayisə edib.

İsrail və Misir İsrailin sahil ərazilərinə və hava məkanına nəzarət etdiyi Qəzzanı blokadada saxlayır və insanların və malların ərazi daxilində və xaricində hərəkətini məhdudlaşdırır. İsrail Həmasın silahlanmasının qarşısını almaq üçün ərazinin bağlanmasına ehtiyac olduğunu söyləyir, tənqidçilər isə bu tədbirlərin kollektiv cəza metodu olduğunu bildirir.

XS
SM
MD
LG