Accessibility links

İsrail gələcəyin kəşfiyyatçılarına fars dilini öyrədir


İsrail gələcəyin kəşfiyyatçılarına fars dilini öyrədir
please wait

No media source currently available

0:00 0:03:07 0:00

İsrail gələcəyin kəşfiyyatçılarına fars dilini öyrədir

Son dörd il ərzində İsrailin Petah Tikva adlı şəhərində yerləşən bu dövlət məktəbində İsrailin regional düşməni sayılan İranın dilinin öyrədilməsi üçün müxtəlif mahnılardan istifadə edilir.

Həftə ərzində 5 saat davam edən dərslərdə şagirdlər fars dilindı oxumağı, yazmağı və danışmağı öyrənir.

900 nəfərin pulsuz təhsil adığı Ben Gurion məktəbində təxminən 50-dən çox şagird hökümət tərəfindən təsdiqlənmiş bu tədris proqramında iştirak etmək üçün könüllü olub.

"İran, Təhlükəsizlik və Kəşfiyyat" adlanan bu proqram həmçinin 16,17 yaşlı şagirdlərə İsrailin məhv olmasını istəyən İranın dolayı müharibələri haqda məlumat verir.

Proqram iştirak edən şagirdlər düşünür ki, bu dəsrlərdə iştirak etmək məzun olduqdan sonra məcburi hərbi xiddət zamanı nüfuzlu kəşfiyyat işlərinə cəlb olunmaq şanslarını artıra bilər.

"Mənim dil haqqında daha çox məlumatım var və etdiyim işdə də çox ciddiyəm. Siz əgər kəşfiyyatda işləmək istəyirsinizsə vicdanlı olmalı və sirr saxlamağı bacarmalısınız. Məncə mən bunu bacarıram." - deyə, tələbə Yotam bildirib.

Proqram Pini Şmiloviçin beyninin məhsuldur. O, İsrailin daxili təhlükəsizlik agentliyində terror və casusluq təhdidləri qarşı mübarizə vəzifəsini yerinə yetirmiş və hazırda təqaüdə çıxmış generaldır.

Şmiloviç 2014-cü ildən bəri 50 tələbə ilə görüşüb. Onun sözlərinə görə, bu tələbələrdən 20-i kəfşiyyat orqanlarında işə başlayıb. General Şmiloviç onların tədqiqatlarının yaxşı məqsədlər üçün istifadə olunacağına inanır.

"Mən bilmirəm, bəlkə nə vaxtsa İranla bizim aramızda sülh oldu. Ancaq düşünürəm ki, İsraildə İranın necə bir ölkə olduğunu bilən, ikitərəfli münasibətlərə təsir göstərmək gücünə sahib kifayət qədər insanın olması vacibdir." - deyə, Pini Şmiloviç bildirib.

İsraildə 18 yaşından son gənc oğlanların üç il müddətinə İsrail ordusunda hərbi xidmət keçməsi tələb olunur. Qızlarda isə bu məcburi xidmət müddəti iki ildir.

İranda doğulan İsrailli müğənni Hanna Cahanfuruz sagirdlərə fars dili və mədəniyyətini öyrədir.

"Əgər biz İran xalqının azad olması üçün İsraildə nəsə edə biləriksə mən bunu etməyə hazıram. Çünki, İrandakı iranlılar azad olmağa layiqdir." - deyə, Hanna Cahanforuz qeyd edib.

Cahanfuruz dil öyrənilməsi prosesini əyləncəli etməklə ümid edir ki, onun məzunları hətta öz ölkələri üçün kəşfiyyat materialları hazırlasalar belə, onlar İran xalqını öz dostları kimi görə biləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG