İspaniya çərşənbə axşamı günü Avropa İttifaqındakı tərəfdaşlarını ortaq qaydalar tətbiq etməyə çağırıb. Bura koronavirusla əlaqədar təcrid tədbirləri aradan qaldırıldıqca sərnişinlər üçün potensial sağlamlıq yoxlamaları, sərhədlərin açılması və Şengen Zonasına daxil dövlətlər arasında azad hərəkətin bərpası daxildir.
"Avropalı tərəfdaşlarımızla birlikdə Avropa ərazisindəki hərəkət azadlığını geri qaytarmağa imkan verən ortaq qaydaları müəyyənləşdirmək üçün işləməliyik" - deyə, Xarici İşlər Naziri Arança Qonzalez Cadena Ser radiostansiyasındakı çıxışında bildirib.
"Aİ ölkələri sərhədlərin açılması üçün fərqli tarixlər təyin etmələrinə baxmayaraq, Şengen zonasında daxili sərhədləri açmaq və xarici sərhədlər üçün qaydalar qurmaq üçün ortaq prinsiplər və qaydalar olmalıdır", o təklif edib.
İspaniyanın Aİ üzvü olan ölkələr arasında Avropanın Gələcəyi ilə bağlı məsləhətləşmə prosesinə təqdim etdiyi müzakirə sənədində rəsmi Madrid ümumi Aİ prosedurunun bir hissəsi olaraq fərdi yoxlamalar yolu ilə turistlərin sağlamlıq vəziyyətinin monitorinqinə çağırıb.
"Avropa İttifaqı üzrə Dünya Turizm Təşkilatı və ÜST ilə razılaşdırılaraq, uyğun zaman ərzində olarsa, ya bilet alarkən, ya da hava limanlarında, sağlamlıq yoxlamaları keçirmək məqsədəuyğundur", sənəddə qeyd olunur.
"Təhlükəsiz və işlək bir sərnişin tranzit sisteminin müəyyən edilməsi normal turist axınlarının davamlı bərpasının açarıdır", sənəddə bildirilir.