İranda hökümətin azlıqları sıxışdırması fonunda sərhəd bölgələrində ölkənin təhlükəsizlik qüvvələri ilə separatçılar arasında silahlı toqquşmalar vüsət almaqdadır.
80 milyondan çox əhalisi olan İran əhalisi əsasən etnik farslardan ibarətdir. Şiə İslamının dominat mövqedə olduğu ölkədə azərbaycanlılar, kürdlər və bəluclar da daxil olmaqla, milyonlarla etnik-dini azlıqlar yaşayır.
İranda olan dini azlıqlar müntəzəm olaraq həbs edilir, hüquqları ləğv olunur, işdən çıxarılır və digər sui-istifadələrə məruz qalırlar.ABŞ Dövlət Katibi Mayk Pompeo
İran mətbuatı çərşənbə axşamı bildirib ki, İranın təhlükəsizlik qüvvələrinin 14 üzvü qonşu Pakistanla sərhədi bölüşən Cənub-Şərqi Sistan və Bəlucistan əyalətinin yaxınlığında militantlar tərəfindən oğurlanıb. Bəluc separatçı qrupu Ceyş əl-Ədl (Ədalət Ordusu) məsuliyyəti öz üzərinə götürüb.
İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) verdiyi bəyanatda qaçırmalarda "xarici xidmətlərin liderlik etdiyi və dəstəklədiyi terrorist qruplaşmaları" günahlandırıb. Onlar Pakistandan qərb sərhədlərini qorumaq və qaçırılmış İran qüvvələrinin azad edilməsinə vasitəçilik etməyi xahiş edib.
Cümə günü İranın Kürdüstan Demokratik Partiyası kürd separatçılarının "Kərmənşah vilayətində İran qüvvələri ilə üç saatlıq qarşıdurma" təşkil etdiyini bildirib.
Bəyanatda ən azı iki kürd döyüşçüsünün və bir vətəndaşın öldürüldüyü bildirilir.
Sərhəddəki zorakılığın təcrid olunmuş bir hadisə olduğunu bildirən İran rəsmiləri ABŞ və onun müttəfiqlərini, xüsusilə də Səudiyyə Ərəbistanını, ölkənin bəzi bölgələrində iğtişaşlar törətməkdə günahlandırır.
ABŞ və Səudiyyə Ərəbistanı ittihamları rədd edir.
İranın Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xameneyi keçən ay ABŞ və onun "marionetlərini" də İrana hökumətə etimadsızlıq yaratmaqda günahlandırıb.
O, bu bəyanatları Əhvaz şəhərində 25 nəfərin öldüyü hərbi parada hücuma cavab olaraq verib. İslam Dövləti və ərəb separatçı qrupu olan Əhvaz Milli Müqavimət qrupu hücumun məsuliyyətini öz üzərinə götürüb.
İslam İnqilabı Keşikçiləri Korpusu bu ayın əvvəlində Fərat çayının yaxınlığında 6 raketin Şimali İraqdakı Koya şəhərində olan Kürdüstan Demokratik Partiyasının qərargahına atıldığını açıqlayıb.
ABŞ-ın reaksiyası
ABŞ Dövlət Departamentinin rəsmisi Amerikanın Səsinə bildirib ki, rəsmi Vaşinqton İran rejiminə qarşı "kürdlərin silahlı fəaliyyəti"-ni dəstəkləmir, amma o, İranı "bölgədə düşmən davranışını dayandırmaq üçün" səy göstərməyə çağırıb.
"İraqdakı fəaliyyətimiz gündəlik qaydada İraqdakı proseslərə qorxu və zorakılıqla təsir göstərməyə çalışan, İraqın suverenliyini pozmağa cəhd edən Tehranın fəaliyyəti ilə ziddiyyət təşkil edir," deyə o əlavə edib.
İran hökuməti azlıqlara davranışa görə daxili və beynəlxalq tənqidlərə məruz qalıb.
İsveçdə yaşayan Əhvaz İnsan Hüquqları Təşkilatının nümayəndəsi Saleh Həmid rəsmi Tehranın azlıqlara qarşı, xüsusilə ərəbcə danışan Əhvaz əhalisinə qarşı ayrıseçkilik və təzyiqlərin artdığını bildirib.
"İslam Respublikası ərəbdilli azlıqların ərəb dövlətləri tərəfindən mədəni və linqvistik bənzərliklərdən asılı olaraq asanlıqla yayıla biləcəyi iddiasında israrlıdır," deyə Həmid sentyabr ayında baş verən hücumdan sonra hökümətin Əhvaza qarşı basqılarının artığını bildirib.
"Təzyiq o qədər yüksəkdir ki, ərəb şeir gecələri həbs olunmaqdan və naməlum cəzaçəkmə müəssisələrinə göndərilməkdən qorxaraq ləğv edilib", deyə Həmid bildirib.
Rejim rəsmiləri ABŞ sanksiyalarının İranın sabitliyini daha da pozacağından və İran daxilində dəyişiklik üçün hərəkətə gətirib çıxaracağından narahatdır.
İranlı kürd yazıçı və fəal Abdullah Hicabın sözlərinə görə, İranın son dövrdə azlıqlara qarşı olması, separatçı qrupların ABŞ-ın və onun regional müttəfiqlərinin may ayında İranın nüvə razılaşmasından çıxarılmasının ardından istifadə edilə biləcəyi qorxusu ilə bağlıdır.
“Rejim rəsmiləri ABŞ sanksiyalarının İranın sabitliyini daha da pozacağından və İran daxilində dəyişiklik üçün hərəkətə gətirə biləcəyindən narahatdır. Onlar Amerika təhdidindən ölkə daxilində hər hansı bir anti-rejim fəaliyyətindən bəhanə kimi istifadə edirlər," Hicab bildirib.
Rejim dəyişikliyi
ABŞ Dövlət katibi Mayk Pompeo ötən ay ABŞ prezidenti Donald Trampın nüvə anlaşmasını tərk etdikdən sonra strategiyası İranın "davranışında" dəyişikliklərin baş verməsinə məcbur etdiyini söyləyib.
Pompeo dəfələrlə ABŞ-ın rejimi dəyişdirməyə çalışmadığını söyləyib.
Dövlət Katibi sentyabrın 21-də keçirilmiş 13-cü Ümumdünya Seçici Dəyərləri Sammitində "Biz İran xalqının insan ləyaqəti üçün mübarizə aparırıq. Biz bu insanları idarə edən təzyiqli və korrupsiya rejimi haqqında həqiqəti danışaraq mübarizə aparırıq" deyib.
"İranda dini azlıqlar müntəzəm olaraq həbs edilir, hüquqları pozulur, işdən çıxarılır və digər sui-istifadələrə məruz qalırlar", o əlavə edib.
Lakin İran prezidenti Həsən Ruhani ABŞ-ın davranışı "rejim dəyişikliyinə" çağırış adlandırıb.
Ruhani dövlət televiziyasında bazar günü yayımlanan çıxışında deyib ki, "son 40 ildə İran, iranlılar və İslam Respublikasına qarşı mövcud ABŞ hökumətindən daha qəddar bir hakimiyyət olmayıb" deyib.
Ekspertlər İranla ABŞ arasındakı gərginliyin və Səudiyyə Ərəbistanın ərəb ölkələrində İranın həyəcanı ilə bağlı narahatlığının gələcəkdə ölkənin müxtəlif separatçı hərəkatlarına güc verə biləcəyini iddia edirlər.
Yaxın Şərq İnstitutunun mütəxəssisi Aleks Vatanka İranın azlıqlara qarşı pis davranış tarixinə malik olduğuna deyib və müxtəlif etno-dini şikayətlərin tez-tez İranın düşmənləri tərəfindən vasitə kimi istifadə olunduğunu bildirib.
"Səudiyyəlilərin müharibəni İran torpaqlarına gətirəcəklərinə dair hədələrini nzərə alsa, etnik azlıqların Riyad tərəfindən istifadə olunacağını güman etmək fantaziya deyil," o bildirib.