Accessibility links

İran xarici işlər nazirinin Bakıda görüşündə enerji layihələri, investisiyalar müzakirə edildi


Bu gün, yanvarın 25-də İranın xarici işlər nazirinin Azərbaycana səfəri zamanı ikitərəfli münasibətlər və reginal əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Prezident İlham Əliyev İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşündə deyib ki, son bir neçə ildə hər iki ölkə siyasi, iqtisadi, nəqliyyat və enerji sahələrində çox yaxşı nəticələr əldə edib.

Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur.
Məhəmməd Cavad Zərif, İranın xarici işlər naziri

“Bizim bu gün diqqətimizdə olan Şimal-Cənub nəqliyyat dəhlizi kimi bütün layihələr, enerji infrastrukturu ilə bağlı layihələr uğurla inkişaf edir. Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. Ötən il yükdaşımaların həcmi demək olar ki, 20 faiz artıb. Bu, çox müsbət nailiyyətdir,” o qeyd edib.

Əliyevin firkincə, regionda yaranan yeni vəziyyət özəl investorlar, dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır.

“Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir və sözsüz ki, bizim Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır.”

Onun sözlərinə görə, hazırda Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir.

Azərbaycan dövlət başçısı həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görmək istədiyini deyib.

“Yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var,” prezident qeyd edib.

Məhəmməd Cavad Zərif deyib ki, Azərbaycan prezidentinin “3+3” əməkdaşlıq formatı təklifiinə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcək.

“Yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur. Ölkənizin ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır.”

Nazir deyib ki, energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr İran üçün prioritet təşkil edir və bu ölkənin şirkətləri işə başlamağa hazırdır.

“Biz Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq. Buraya elektrik enerjisinin istehsalı, energetika, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir,” o qeyd edib.

Sədrəddin Soltan
Sədrəddin Soltan

İran xarici işlər naziri Azərbaycandan sonra Rusiya, Gürcüstan, Ermənistan və Türkiyəyə səfər edəcək.

Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə bildirib ki, Azərbaycan Qarabağ münaqişəsindən sonra bölgənin təhlükəsizliyi üçün regional iqtisadi əməkdaşlığın inkişafını və genişlənməsini istəyir.

3+3 əməkdaşlığı perspektivdə Cənubi Qafqazın təhlükəsizliyinə töhfə verə bilər.
Sədrəddin Soltan, ekspert

“Bu, 3+3 əməkdaşlıq formatı ideyası əsasən Azərbaycan, Türkiyə və Rusiya əməkdaşlığını nəzərəd tutur. Amma İranın, Gürcüstanın və Ermənistanın bu əməkdaşlıqda iştirakı bölgənin perspektiv təhlükəsizliyini gücləndirə bilər. Bu həm də iqtisadi əməkdaşlığın işğaldan, bir-birinə qarşı ərazi iddiasından perspektivli olduğunu ortaya qoya bilər. Çünki Azərbaycan, Türkiyə, Gürcüstan arasında regional əməkdaşlıq öz bəhrəsini verib. Ehtimal olunur ki, bölgədə 3+3 əməkdaşlığı perspektivdə həm Cənubi Qafqazın təhlükəsizliyinə töhfə verə bilər, həm bölgə yan təsirlrədən xilas ola bilər, həm də bölgənin güclü olmasına təkan verə bilər. Gələcəkdə qərb dövlətləri də bu əməkdaşlığa qoşulıa bilər,” ekspert qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG