Accessibility links

İranda prezident seçkiləri keçirilir


İran vətəndaşları cümə günü yeni prezident seçmək üçün səsvermə məntəqələərin gedir. Lakin koronavirus pandemiyası və ABŞ sanksiyalarının səbəbi ilə ölkə iqtisadiyyatında tənəzzüllə əlaəqdar olaraq seçicilər arasında yüksək əhval-ruhiyyə müşahidə olunmur.

Hazırki Prezident Həsən Ruhani artıq vəzifəsinin ikinci müddətini başa vurur.

Seçki gününə qədər bir çox namizədlər mübarizəni yarıda saxlayıb və ya diskvalifikasiya edilib.

Çərşənbə günü iki sərt xətt tərəfdarı namizəd İbrahim Rəisinin xeyrinə mübarizədən çəkilib. İran ədliyyə sisteminin rəhbəri olan Rəisi də sərt xətt tərəfdarıdır.

Onun rəqiblərindən biri olan Mərkəzi Bankın rəhbəri Əbdülnasir Hemmati isə islahatçı namizəddir.

Siyasi təhlilçilər seçkilərin qalibinin ali dini lider Ayətullah Xameneyinin dəstəyini alan 60 yaşlı Rəisinin olacağını proqnozlaşdırır.

Vaşinqtondakı Demokratiyanı Müdafiə Fondunun İran üzrə təhlilçi Behnam Ben Taleblunun fikincə Rəisinin əvvəllər insan haqlarının pozulması hallarında iştirakı onu Qərb üçün problemli bir prezidentə çevirə bilər.

“Təəssüf ki, o, 1980-ci illərin sonlarında Ayətullah Xomeyninin Tehranda beş min siyasi məhbusun ölümünə səbəb olan qətl fərmanını həyata keçirən qondarma ölüm komissiyası ilə əlaqədar alçaldıcı səhvləri ilə tanınır,” o bildirib.

Xameneyii ölkədəki səsvermə hüququ olan 59 milyon seçicini məntəqələrə getməyə təşviq edərək, iranlılara seçkiləri pozmaq məqsədilə xarici qüvvələr tərəfindən müdaxilə barədə xəbərdarlıq edib.

Bütün nazmiədlər İran rejiminin Nəzarət Şurası tərəfindən yoxlanılıb və təsdiqlənib.

Son illərdə İranın seçki landşaftına təsir göstərən bir sıra hadisələr baş verib. General Qasım Süleymaninin 2020-ci ilin yanvar ayında ABŞ tərəfindən hədəf alınaraq öldürülməsi ölkədə böyük qəzəbə səbəb oldu. Bunun ardınca İran qüvvələrinin səvhən Ukraynaya məxsus sərnişin təyyarəsini vurması 176 nəfərin həyatını itirməsi ilə nəticələndi. Bu hadisə ölkənin bir neçə şəhərində hökumət əleyhinə etirazlara səbəb oldu.

Londondakı Chatham House araşdırma mərkəzinin Yaxın Şərq və Şimali Afrika proqramı rəhbərinin müavini Sanam Vakil Amerikanın Səsinə verdiyi müsahibəsində bildirib ki, 2019-cu ilin noyabırında artan neft qiymətləri ilə bağlı etirazların da amansızlıqla yatırılması bu seçkilərə təsiri göstərib. Onun fikincə, sadə vətəndaşlar bu hadisələrdən sonra səs verməyə meylli deyil.

İran ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planı adlanan 2015-ci il razılaşmasından çıxmasından sonra uran zənginləşdirməsini xeyli artırıb. Bu səbəbdən İranın nüvə silahı üçün kifayət qədər bölünən material istehsal etməsinə yalnız bir neçə ay qaldığına inanılır.

ABŞ 2015-ci il müqaviləsinə geri dönmək istəyir, lakin ilk əvvəl İranın uran zənginləşdirməsini dayandırmasını istəyir. İran isə ilk əvvəl sanksiyaların qaldırılmasını tələb edir.

Vyanada danışıqlar davam erdirilir. Prezidentliyə namizədlərin hamısı nüvə anlaşmasını canlandırmaq üçün danışıqları dəstəkləyir.

XS
SM
MD
LG