Accessibility links

İran rəsmiləri daşqınların ölkənin kənd təsərrüfatına ağır maliyyə zərəri vurduğunu bildirir


İran rəsmiləri bildirirlər ki, bu həftə ərzində İran vilayətlərində müşahidə edilən ölümcül daşqınlar ölkənin kənd təsərrüfatı sektoruna ağır maliyyə zərəri vurub.

Həmşəhri qəzəti kənd təsərrüfatı nazirliyinin böhran idarəedilməsi şöbəsinin rəhbəri Səid Məhəmməd Musaviyə əsasən bildirir ki, daşqınlar nəticəsində sektora 24 trilyon rial, yəni təxminən 180 milyon ABŞ dollar həcmində zərər dəyib.

İran rəsmisi bildirir ki, zərər əsasən İranın doqquz vilayətinə vurulub. Həmin vilayətlərə Çahar-Mahal və Bəxtiyari, Fars, Gülistan, Kirmanşah, Şimali Xorasan, Xuzistan, Mazandaran, Simnan, Sistan və Bəlucistan daxildir.

Həmşəhri qəzeti Musəviyə istinadən bildirir ki, kənd təsərrüfatı zərərlərin 50 faizi fermalara, 23 faizi bağçılıq, 17 faizi su infrastrukturu və çatdırılma şəbəkələri, 10 faizi isə heyvandarlıq və balıqçılığı əhatə edir.

Cümə axşamı İran mətbuatın verdiyi məlumata görə, bazar ertəsindən etibarən daşqınlar İranın 10 vilayətində ən azı 44 nəfərin ölümünə səbəb olub.

XS
SM
MD
LG