Accessibility links

İran koronavirus səbəbi ilə müvəqqəti olaraq 1000 xarici məhbusu azadlığa buraxdığını bildirir


İran BMT-nin insan hüquqları ekspertləti tərəfindən tənqiddən sonra koronavirusun yayılması səbəbi ilə 1000-dən çox xarici məhbusun müvəqqəti olaraq azad edildiyini bildirir.

"İranın məhbusların sağlamlığını təmin etmək və onlara məzuniyyət verməsi əhəmiyyətli bir addımdır" - deyə, ölkənin ədliyyə sisteminin nümayəndəsi Qulamhüsyen İsmaiili bildirib.

Ötən ay müvəqqəti sərbəst buraxılmış 100 min məhbus arasında olan britaniyalı iranlı Nazənin Zaqari-Ratkliffi məzuniyyət müddəti mayın 20-dək uzadılıb. Bu barədə vəkil Tulip Siddiq aprelin 21-də bildirib.

Zaqari-Ratcliffe 2016-cı ildə tətildə olduğu zaman hökuməti devirmək cəhdi ittihamı ilə həbs olunduqdan sonra üsyana təhrik etdiyinə görə 5 illik həbs cəzasını çəkir.

Ailəsi onun qohumlarını ziyarət etmək üçün İranda olduğunu və İrana qarşı qəsd hazırladığını inkar edib.

Zaqari-Ratcliffe xəbər agentliyinin xeyriyyəçi qolu olan Thomson Reuters Fondunda çalışıb.

Rəsmi Tehranın aprelin 21-də verdiyi açıqlama ötən həftə BMT-nin insan hüquqları üzrə ekspetlərindən ibarət heyətin COVID-19 epidemiyası ilə əlaqədar olaraq müvəqqəti azad edilmiş məhkumların siyahısının genişləndirilərək, buraya "vicdan məhbusları və ikili vətəndaşlığı olan xaricilərin" də daxil edilməsi çağırışından sonraya təsadüf edir.

İlk olaraq aprelin 19-da əsasən iranlı olan 100 min məhkum müvəqqəti olaraq azad edilib. Rəsmilər daha sonra isə bu müddəti mayın 20-nə qədər uzadıb.

İran mənşəli Fransa vətəndaşı olan Fariba Adelxah və iranlı amerikalı iş adamı Siamak Namazi və onun atası Məhəmməd Bağer Namazi də daxil olmaqla xarici məhbusların hələ də həbsdə olduğu güman edilir.

İran fevralın 19-da ilk yoluxma halı haqda məlumat verdikdən bəri dünyada ən təhlükəli koronavirus epidemiyası ilə mübarizədə çətinlik çəkir.

Aprelin 21-də Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur son 24 saat ərzində daha 88 nəfərin öldüyünü açıqlayıb. Beləliklə, ölkədə ölənlərin sayı 5300-ə çatıb. Təsdiqlənmiş yoluxmaların sayı isə 83500-dən çoxdur.

Ancaq bir çox təhlilçi hesabat metodlarının zəif olması, hökumətin şəffaf olmaması və testlərin keçirilməməsi səbəbindən həqiqi sayın bundan daha çox ola biləcəyini bildirir.

XS
SM
MD
LG