Accessibility links

İran höküməti Signal mesajlaşma xidmətinin istifadəsinə qadağa qoyur


İran İslam respublikasının filtrasiya komitəsi "cinayət tərkibili" hesab edildiyini bildirərək, xüsusi şifrələnmiş mesajlaşma xidməti Signalı yerli tətbiq mağazalarından çıxarılmasına əmr verib.

İran mətbuatı 14 yanvarda yerli tətbiq mağazaları Cafebazaar və Myketappstore-un Signal tətbiqinin silindiyini təsdiqlədiyib.

İstifadəçilər Signal-ı telefonlarına yükləmək istədikdə tətbiqin İnternet senzurasından məsul olan “Cinayət Məzmunu Təyinatı İşçi qrupunun əmri ilə silindiyini” bildirən bir mesaj aldıqlarını bildiriblər.

WhatsApp-ın tətbiqi şəxsi məlumatları ana şirkəti Facebookla paylaşma hüququnu özündə saxladığı bildirməsindən sonra dünyadakı bir çox istifadəçinin Signal və Telegram-a keçməyə başlamasından sonra komitə bu qərarı açıq şəkildə şərh etməyib.

Öz növbəsində isə WhatsApp bu yeniləmənin “dostlarınız və ya ailənizlə mesajlarınızın məxfiliyinə heç bir şəkildə təsir etmədiyini” bildirirək, bu dəyişikliklərinin istifadəçilər və müəssisələr arasındakı mesajlaşmaya tətbiq edildiyini bildirir.

Bir çox İranlı bu dəyişiklik səbəbi ilə Signal-dan istifadə etdiyini bildirirdi.

ABŞ-da yaşayan rəqəmsal təhlükəsizlik mütəxəssisi və təşəbbüskar Nima Fatemi Twitterdə bildirib ki, Signalın yerli tətbiq mağazalarından çıxarılmasının səbəbi səlahiyyətlilərin “köçü yavaşlatmaq” cəhdidir, eləcə də istifadəçilərin Telegram kimi Signalın da populiyarlaşmasından narahat olmasıdır.

Orta Şərqdə rəqəmsal təhlükəsizliyə diqqət ayıran və Nyu Yorkda yerləşən Miaan Qrupunun İnternet Təhlükəsizliyi və rəqəmsal hüquqlar direktoru Amir Rəşid Azadlıq Radiosuna bildirib ki, səlahiyyətlilər Signalın qarşısını almaq üçün hərəkətə keçə bilər.

"Ümumiyyətlə, səlahiyyətlilər əvvəlcə bir tətbiqi silmək əmrini verirlər və sonra onu bloklayırlar" deyə Rəşidi bildirib.

2019-cu ildə İran ölkənin 81 milyon əhalisinin yarısının istifadə etdiyi Telegram-ı bloklayıb və bunun ölkənin milli təhlükəsizliyini təhlükəyə atdığını iddia edib. Lakin bir çox iranlı dövlət tərəfindən tətbiq olunan qadağaya baxmayaraq hələ də bu mesajlaşma xidmətindən istifadə edir.

Bundan əlavə İran müntəzəm olaraq xəbər saytları və sosial media şəbəkələri də daxil olmaqla on minlərlə veb saytı filtrləyir, lakin iranlılar tez-tez qadağan olunmuş saytlara filtr əleyhinə vasitəsilərdən istifadə edərək daxil olurlar.

Bu qadağalara baxmayaraq Ali Rəhbər Ayətullah Əli Xamenei və Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif də daxil olmaqla yüksək səviyyəli dövlət rəsmiləri Twitterdən tez-tez istifadə edir.

XS
SM
MD
LG