Accessibility links

İran Azərbaycanında sosial media fəalı Rza Əsgəriyanın həbs edildiyi bildirilir


İranın Şərqi Azərbaycan vilayətində yerləşən Sarab şəhərinin sakini Rza Əsgəriyan Sərdahayinin təhlükəsizlik qüvvələrinin tərəfindən həbs edildiyi bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Rza Əsgəriyan İnstagram səhifəsində paylaşdığı şərhlərdən dolayı həbs edilərək naməlum yerə aparılıb.

Farsnews xəbər agentliyi də bu barədə məlumat yayaraq, "Sarablılar" adlı İnstagram səhifəsinin rəhbərinin "mürəkkəb bir əməliyyatda" həbs edildiyini qeyd edib.

Khabaronline xəbər agentliyi də bu məlumatı dərc edərək, təhlükəsizlik qüvvələrinin vətəndaşı Sarabın şəhəri ətrafında bir kənddə tutduqlarınını bildirib.

Rokna xəbər saytı isə Sarabın cümə imamı Əli Əkbər Əkrəminin bu səhifənin moderatorlarının təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi üçün onlara təşəkkür etdiyini yazıb.

İran xəbər agentlikləri "Sarablılar" adlı İnstagram səhifəsinin rəhbərlərinin həbs edilməsi haqda xəbəri dərc etsələr də, həbs edilənlərin kimliyi haqda məlumat yaymayıb.

Günaz TV saytında dərc olunan məlumata görə, Rza Əsgəriyan Sərdahayinin "Sarablılar" səhifəsində paylaşdığı məzmunlarla əlaqədar həbs edildiyi ehtimal edilir.

Sarablılar İnstagram Səhifəsində türk dili, Azərbaycan mədəniyyəti və hakimiyyətə qarşı bəzi tənqidi məzmunlar yayımlanırdı. Lakin İran mətbuatında yerləşən xəbərlərdə "təhlükəsizlik və dinə qarşı təhqiredici şərhlər" yayımladığı qeyd edilib.

XS
SM
MD
LG