Accessibility links

İran 17 CIA casusunu ələ keçirdiyini iddia edir


İran mediasının bildirdiyinə görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinə (CIA) çalışan 17 casus ələ keçirilib. Onların bəzilərinə ölüm hökmü çıxarıldığı bildirilir. İran televiziyasında həmin şəxslər nümayiş etdirilib.

İran hələ iyun ayında CIA üçün çalışan casus qrupunun ələ keçirildiyini bəyan etmişdi. Bu 17 nəfərin həmin işlə əlaqəsi bəlli deyil.

Dünyaya yalan danışmaq ayətullanın xislətidir.
Mayk Pompeo, ABŞ Dövlət Katibi

ABŞ Prezidenti Donald Tramp yazdığı tvitdə İranın “CIA casuslarını” yaxalaması haqda dediklərini “tamamilə saxta adlandırıb.”

“Yenə də dini rejimin yaydığı yalanlar və propaqanda”, deyə Tramp İran hökumətinin nə edəcəyini bilmədiyini yazıb.

ABŞ Dövlət Katibi Mayk Pompeo da İranın iddialarını rədd edib.

“İran rejiminin yalan danışmaq üzrə uzun tarixçəsi var,” Pompeo Fox News telekanalına bildirib.

“Yalan danışmaq ayətullanın xislətidir,” o əlavə edib. “Mən Iranın iddialarına böyük şübhə ilə yanaşmağı tövsiyə edərdim.”

Son günlər İranın Hörmüz boğazında Britaniya bayrağı altında idarə olunan tankeri ələ keçirməsi ilə bağlı qlobal gərginlik artıb.

İranın Hörmüz boğazında Britaniya bayrağı altında üzən tankeri ələ keçirməsindən sonra gərginliklər artıb.
İranın Hörmüz boğazında Britaniya bayrağı altında üzən tankeri ələ keçirməsindən sonra gərginliklər artıb.

Britaniya İranın Fars körfəzində fəaliyyət göstərən neft tankerinin ələ keçirilməsini “qərəzli addım”adlandırıb və Tehranın gəmini qəzaya uğradığına görə ələ keçirdiyinə dair izahatını rədd edib.

Bu gün Britaniya hökuməti atılacaq növbəti addımlarla bağlı parlament sessiyası keçirib.

XS
SM
MD
LG