Accessibility links

İran öldürülən etirazçıların yas mərasimlərinin qarşısını almaq üçün repressiyaları artırır


İranda polis qüvvələri cümə axşamı hökümət əlehinə baş verən aksiyalarda öldürülən şəxsin yas mərasiminə basqın edib, küçələrə təhlükəsizlik qüvvələrini yerləşdirib. Hökümət yerli müxalifət nümayəndələrinə təziqi artırmaqla yanaşı mobil interneti də kəsib.

Repressiv tədbirlərin məqədi insanların fəalların keçən ay baş verən etirazların qurbanı Puya Bəxtiyarinin ölümünün 40-cı günü qeyd etmək məqsədilə dekabrın 26-da bir araya gəlmək çağırışlarına əməl etmələrinin qarşısını almaq olub. Noyabrın 15-də hökumətin benzinin qiymətini kəskin şəkildə artırmasına etiraz olaraq başlayan və bir neçə gün davam edən nümayişlər İranda son onillərdə baş verən ən ölümlü iğtişaşlara çevrildi.

Amerikanın Səsinin Fars xidməti tərəfindən təsdiqlənən bir videoda görünür ki, təhlükəsizlik işçiləri cümə axşamı şimalda yerləşən Karac şəhərindəki Beheşe Səkinı qəbiristanlığında bir neçə adamı saxlayıb.

Bəxtiyarinin ailə üzvləri onun ölümünün 40-cı gününü anmaq üçün ictimaiyyət üzvlərini və jurnalistləri onun məzarına toplaşmağa çağırıb. Ailə bu çağırışı Instagram sosial şəbəkəsi vasitəsi ilə edib. Onlar Bəxtiyarinin itirazların ikinci günündə, təni noybarın 16-da başınan güllə ilə vurularak öldürüldüyünü deyib.

Ailənin sosial mediada Bakhtiarinin öldürülməsi ilə bağlı məlumatlandırma kampaniyası keçirməsi onu nümayişlər zamanı ölən ən tanınmış insana çevirib.

İrandakı sosial media istifadəçiləri, hüquq müdafiə orqanlarının sözlərinə görə, təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı canlı güllə istifadə etməsi nəticəsində öldürülən yüzlərlə digər insan üçün ümummilli yas məclislərinin keçirilməsinə çağırıblar.

İran rəsmiləri yüzlərlə insanın öldüyünə dair xəbərləri şişirdilmə adlandıraraq təkzib etsə də rəsmi rəqəmlər açıqlamayıb.

XS
SM
MD
LG