İranın İnqilab Keşikçiləri Korpusu bu həftənin əvvəlində Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.
İnqilab Keşikçiləri Korpusunun komandiri Əmirəli Hacızadə şənbə günü dövlət televiziyasında deyib: “Mən bütün məsuliyyəti üzərimə götürürəm və alınan hər hansı qərara tabe olacam”. O deyib ki, təyyarənin aqibətini öyrənən zaman “ölmək istədim”.
"Biz həmin gecə müharibəyə hazər vəziyyətdə idik", Hacızadə deyib. O əlavə edib ki, İnqilab Keşikçiləri kommersiya uçuşlarının təxirə salınmasına çağırılsa da, həmin çağırışa əməl olunmamışdı.
Bundan öncə isə şənbə günü Ukrayna prezidneti 176 nəfərin ölümü ilə nəticələnən təyyarənin vurulmasına görə cavabdeh olanların günahlarını etiraf etmələrinə çağırıb.
Volodimir Zelenski həmçinin İrandan “tam və açıq istintaqın aparılmasını, cavabdeh olanların məsuliyyətə cəlb olunmasını, ölənlərin cəsədlərinin təhvil verilməsini, kompensasiya ödənilməsini və diplomatik yollarla rəsmi üzr istəməsini tələb edib.
Zelenski daha sonra deyib ki, İran istintaqın təcili və obyektiv şəkildə aparılması” üçün qəza ilə bağlı kifayət qədər “şəkil, video və başqa materiallar” irəli sürüb.
İran ölkədəki ukraynalı ekspertlərlə “tam əməkdaşlıq edir” və onlara qəzanın baş verdiyi əraziyə daxil olmalarına, təyyarənin qara qutularını təhqiq etmələrinə icazə verilib. Bu barıdə Ukrayanını xarici işlər naziri Vadim Pristaiko məlumat verib. "Ukrayna komandasının Tehran hava limanının uçuş nəzarət mərkəzindəki dispetçelrlərlə bizim pilotlar arasındakı danışıqların səs yazılarına çıxışı var", o deyib.
Kanadanın baş naziri Castin Trudo şəffaflığa və qurbanların ailələri və sevdikləri üçün ədalətin təmin olunmasına çağırıb. Sərnişinlərin əksəriyyəti iranlı-kanadalılar olub. “Bu milli faciədir və bütün kanadalılar yas tutur”, o deyib.
Daha öncə də İran ordusu bu həftənin əvvəli Ukraynanın sərnişin təyyarəsini vurmaqla “dəhşətli səhv etdiyi” etiraf edib.
İran prezidenti Həsən Ruhani şənbə günü Twitterdə yazıb ki, “Iran bu faciəvi xətaya görə dərin təəssüf hissi keçirir".
Ruhani əlavə edib: “Silahlı qüvvələrin daxili istintaqı bu nəticəyə gəlib ki, təəssüflər olsun ki, insan xətası nəticəsində atılan raket Ukrayna təyyarəsinin qəzaya uğramasına və 176 günahsız insanın ölümünə səbəb olub. Bu böyük faciəni və bağışlanmaz səhvi edəni müəyyən edib, məsuliyyətə cəlb etmək üçün təhqiqatlar davam edir".
Xarici işlər naziri Cavad Zərif isə Twitterdə "Kədərli gündür. Silahlı Qüvvələrin apardığı daxili istnitaqın ilkin nəticələri budur: ABŞ avantürizminin səbəb olduğu böhran nəticəsində bir insan xətası faciəyə səbəb oldu .Biz xalqımıza, qurbanların ailələrinə və bunun təsirinə məruz qalan digər ölkələrə təəssüflərimizi, üzrxahlığımız və başsağlığımızı çatdırırıq” yazıb.
Ordunun dövlət televiziyası vasitəsilə yaydığı bəyanata əsaən, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə İnqilab Keşikilərinin "məxfi hərbi mərkəzinə" doğru istiqamət alandan sonra onun “səhvən düşmən hədəfi” olduğu güman edilib. “Buna görə və insan xətası olduğu üçün, təyyarə qərəzsiz şəkildə vurulub.
Ukrayna təyyarəsinin vurulması İranın İraqda qərargahlanan ABŞ qüvvələrinə ballistik raket hücumundan bir neçə saat sonra baş verib. Tehran bu hücumu Qüds Korpusunun komandanı Qasım Süleymaninin öldürülməsinə qisas cavabı olduğunu bildirmişdi.
İranın hücumu zamanı heç bir ABŞ əsgəri xəsarət almayıb.
Bir neçə gün idi ki, ABŞ və Kanada kəşfiyyatçılarının dediklərinə zidd olaraq İslam Respublikası təyyarəni vurduğunu inkar edirdi.
Hərbi ekspertlər təyyarənin Rusiya istehsallı raketlə vurulduğunu güman edir.
Təyyarə vurulan vaxt Ukrayna paytaxtı Kyivə uçurdu.