Tesla şirkətinin icraçı direktoru İlon Mask bazar ertəsi günü deyib ki, o, Səudiyyə Ərəbistanının suveren rifah fondu da daxil olmaqla, şirkətin özəl statusa keçidlə bağlı maliyyə danışıqlarını davam etdirir, lakin hələlik maliyyə qarantiyaları almayıb.
İlon Mask bloq yazısında bildirib ki, Səudiyyə Ərəbistanının fondu təxminən iki ilə yaxındır elektrik avtomobillər istehsal edən şirkətin səhmlərinin birjadan çıxarılması ilə bağlı danışıqlara çalışır və keçən həftə razılaşmaya dəstək verib.
Mən Səudiyyə Ərəbistanının fondu ilə danışıqları davam etdirirəm, mən həm də bir sıra investorlarla müzakirələr aparıram. Bu, mənim planlaşdırdığım bir şey idi, çünki mən həmişə Teslanın daha geniş investor bazasına malik olmasını istəmişəm.İlon Mask
Bu elan Silikon vadisinin milyarderinin avqustun 7-də şirkətin səhmlərinin birjadan çıxarılmasını nəzərdən keçirdiyinə dair şok doğuran açıqlamasından sonra verilir. Lakin Teslanın aksiyalarının alqı-satqı zamanı yalnız minimal səviyyədə artması investorların hələ də bunu unandırıcı qəbul etmədiyini göstərir.
“Mən Səudiyyə Ərəbistanının fondu ilə danışıqları davam etdirirəm, mən həm də bir sıra investorlarla müzakirələr aparıram. Bu, mənim planlaşdırdığım bir şey idi, çünki mən həmişə Teslanın daha geniş investor bazasına malik olmasını istəmişəm”, İlon Mask yazıb.
O bildirib ki, Twitter səhifəsində mümkün sövdələşmə haqda mesajından sonra Səudiyyə Ərəbistanının fondunun icraçı direktoru ona maliyyə prosedurlarının davam etdirilməsinə dəstəyini ifadə edib.
Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu texnologiya sahələrinə investisiyaları ilə tanınır.
Fond hələlik heç bir şərh verməyib. Tesla şirkəti isə İlon Maskın açıqlamlarından başqa ayrıca şərh verməkdən imtina edib.
Bir sıra təhlilçi şirkətin ictimai statusdan özəl statusa keçməsinin Tesla üçün məntiqi olduğunu desə də, şirkətin lazımi maliyyə fondlarını yarada biləcəyinə şübhə ilə yanaşdığını bildirib.