Accessibility links

İlkin Hüseynli: “Azərbaycanda bu dərslərə ehtiyac var”


İlkin Hüseynli: “Azərbaycanda bu dərslərə ehtiyac var”
please wait

No media source currently available

0:00 0:08:25 0:00

Azərbaycanda fəaliyyət göstərən Bakı Araşdırmalar İnstitutu koronavirus səbəbilə tətbiq olunan karantin zamanında Onlayn Akademiya adlı layihə başladıb.

Layihənin məqsədi karantin rejimində insanların asudə vaxtlarını daha səmərəli keçirmələri üçün onlara müxtəlif mövzularda mühazirələr təqdim etməkdir. Bakı Araşdırmalar İnstitutunun əməkdaşı İlkin Hüseynlinin sözlərinə görə, ilk mərhələdə Onlayn Akademiyanın tərkibində üç fənn üzrə mühazirələr təqdim olunur. Bu mövzular Azadlıq Nəzəriyyələri, İqtisadiyyata Giriş, Hüquq Fəlsəfəsidir. Hər mövzu ilə bağlı beş mühazirə olacaq, hər mühazirə isə qırx dəqiqə davam edir.

İstər onlayn olsun, istərsə də sinif otağında bu mövzular müzakirə edilməlidir. Həm də hüquq fəlsəfəsi və azadlıq nəzəriyyəsi ilə bağlı nəinki müasir müəlliflərin, heç klassik müəlliflərin belə əsərləri Azərbaycan dilinə tərcümə olunmayıb. Əksər tələbələr inglilis dilini bilmədiyi üçün bu tipli informasiyaya çıxış əldə edə bilmir.

İlkin Hüseynli deyir ki, onlar Azərbaycan universitetlərində tədris olunmayan və ya kifayət qədər yaxşı tədris olunmayan mövzular təqdim edirlər.

“İstər onlayn olsun, istərsə də sinif otağında bu mövzular müzakirə edilməlidir. Həm də hüquq fəlsəfəsi və azadlıq nəzəriyyəsi ilə bağlı nəinki müasir müəlliflərin, heç klassik müəlliflərin belə əsərləri Azərbaycan dilinə tərcümə olunmayıb. Əksər tələbələr inglilis dilini bilmədiyi üçün bu tipli informasiyaya çıxış əldə edə bilmir.”

İlkin Hüseynlinin sözlərinə görə, Bakı Araşdırmalar İnstitutu Onlayn Akademiyada gələcəkdə əlavə mövzularda da mühazirələrin keçirilməsini planlaşdırır.

O deyir ki, dərsələrə gözlədiklərindən daha çox maraq var.

İlkin Hüseynli mühazirələri karantin dövrü bitəndən sonra da davam etdirməyi planlaşdırdıqlarını deyir:

“Karantin bitəndən sonra mühazirələri auditoriyada verməyi üstün tutardıq, çünki onlayn mühazirə oxumaq həm mühazirəçi, həm tələbələr üçün o qədər də rahat deyil.”

XS
SM
MD
LG