Avqustun 21-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə istintaq təcridxanasında aclıq edən realliq.info saytının redaktoru İkram Rəhimovun işi üzrə iclas keçirilib. Jurnalist 15-ci gündür aclıq edir.
Vəkil Eçlin Sadlqovun Amerikanın Səsinə müsahaibəsində bildirib ki, məhkəmə iclasının əvvəlində Rəhimov deyib ki, avqustun 7-də hazırlıq iclasında məhkəmə müdafiə tərəfinin təkrar məhkəmə istintaqı haqqında vəsatətini təmin etməyib. Rəhimovun zərərçəkmişlə danışığının audioyazısının təkrar ekspertizası haqqında vəsatət də təmin edilməyib.
Onun sözlərinə görə, bütün bu materiallar saxtalaşdırılıb. Bu səbəbdən İkram Rəhimov "qanunsuz" cinayət təqibinə son qoyulması tələbi ilə avqustun 7-dən aclığa başlayıb. Məhkəməyə etibar etmədiyini bildirən Rəhimov hakim heyətinə etiraz edib.
Bununla əlaqədar məhkəmə iclası avqustun 28-nə təxirə salınıb.
Jurnalist təkrar məhkəmə istintaqı olmadan onun apellyasiya şikayətinə baxılmasına etiraz olaraq avqustun 7-də aclıq elan edib.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi İkram Rəhimovun aclıq etdiyini təsdiq edib.
“O, su qəbul edir. Tibb-sanitar hissəsinə keçirilib, həkim nəzarətindədir. İkram Rəhimov qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir, yaxınları ilə görüşür və telefonla ailəsi ilə əlaqə saxlayır,” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər.
O, su qəbul edir. Tibb-sanitar hissəsinə keçirilib, həkim nəzarətindədir.Penitensiar Xidmət
İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etməkdə ittihamı ilə həbs edilib. O, həbsdən öncə bildirib ki, Azərbaycan pezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunur. Məhkəmədə bunu bir daha bildirib.
İyunun 12-də məhkəmə onu 5.5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-da Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun işi üzrə ilkin iclas olub. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı və birinci instansiya məhkəməsində şahidlərin və zərərçəkənlərin ifadələri saxtalaşdırıldığına görə onların yenidən dindirilməsi barədə vəsatət qaldırıb.