Accessibility links

İdlib vilayətində ilişib qalan yüz minlərlə insan üçün yardım planı hazırlanıb


BMT rəsmisinin bildirdiyinə görə, Suriyanın şimal İdlib vilayətində ilişib qalan yüz minlərlə insan üçün yardım planı hazırlanıb. Eyni zamanda bu bölgədə müharibənin qızışmaması üçün diplomatik səylər davam etdirilir.

BMT-nin Suriya böhranı üzrə regional koordinatoru Panos Mountzis deyib ki, Rusiya və ABŞ-ın məsələnin sülh yolu ilə həllinə dair əminliyini əldə edib.

Moumtzis son həftələr ərzində fəaliyyət qüvvələrinin bir neçə dəfə görüş keçirdiyini deyib. O, Amerikanın Səsinə bildirib ki, Rusiya və ABŞ-ın rolu olduqca əhəmiyyətlidir.

Panos Moumtzis
Panos Moumtzis

BMT-nin insan hüquqları ekspertləri xəbərdarlıq edir ki, Suriyada üsyançıların nəzarətində olan İdlib bölgəsində hərbi əməliyyatlar mülki vətəndaşların yeddi ildir davam edən müharibədə ən böyük qətliamı ilə nəticələnə bilər.

Suriyada 2011-ci ildə vətəndaş müharibəsinin başlamasından sonra 6.5 milyon insan məcburi köçkün və qaçqın olub.

Üç nəfərdən ibarət Müstəqil Araşdırma Komissiyasının bildirdiyinə görə, hərbi əməliyyatlar nəticəsində bu ilin altı ayından az bir müddət ərzində 1 milyondan çox insanı öz yerlərindən qaçmaq məcburiyyətində qalıb. Komissiya buna hökumət qüvvələrinin ərazini silahlı qruplar və terror təşkilatlarından geri almaq üçün apardığı döyüşlərin səbəb olduğunu bildirir.

XS
SM
MD
LG