Accessibility links

İctimai fəallar Xəzər rayon Polis İdarəsinin binası qarşısında aksiya keçirib


İctimai fəallar Xəzər rayon Polis İdarəsinin binası qarşısında aksiya keçirib
İctimai fəallar Xəzər rayon Polis İdarəsinin binası qarşısında aksiya keçirib

Bu gün, avqustun 5-də bir qrup ictimai fəal Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin binası qarşısında avqustun 3-də həyat yoldaşı tərəfindən qətlə yetirilən Sevinc Məhərrəmovaya qarşı zorakılığın qarşısının vaxtında alınmaması və avqustun 4-də aksiya keçirən qadın fəallara qarşı qeyri-insani rəftara etiraz olaraq aksiya keçirib.

Aksiyada “Qatil sistem, qatilləri qoruyur!” şüarı səsləndirilib.

Aksiya iştirakçılarını ilə polis arasında insident olmayıb.

İctimai fəalların qarşısına çıxan Xəzər Rayon Polis İdarəsinin mayoru ilk öncə dünənki aksiya iştiraçılarına qarşı polis idarəsində zorakılığın olması ilə bağlı iddiaları təkzib edib.

“Dünən qadınlar əllərindəki boyanı Xəzər rayon Polis İdarəsinin binasının üzərinə atıb. Onlar icazəsiz olaraq polis idarəsinə daxil olub. Törətdikləri əməldə xuliqanlıq əlamətlərinin tərkibi olsa da, xanım olduqları üçün onlara qarşı inzibati tədbir görülməyib. Onlarla söhbət aparıldıqdan sonra sərbəst buraxılıblar. Xanımlara qarşı hər hansı zorakılıq hərəkəti olmayəıb. Əgər onlara qarşı zorakılıqla bağlı iddianız varsa yazılı şəkildə polis idarəsinə müraciət edə bilərsiniz. Xidməti araşdırma aparılacaq.”

İctimai fəallar Xəzər rayon Polis İdarəsinin binası qarşısında aksiya keçirib
İctimai fəallar Xəzər rayon Polis İdarəsinin binası qarşısında aksiya keçirib

Avqustun 3-də Sevinc Məhərrəmovanın həyat yoldaşı tərəfindən qətlə yetirilməsi barədə məlumat yayılıb. Məhərrəmova bu ilin mart ayında həyat yoldaşı Füzuli Qarayev tərəfinfən zorakılığa məruz qaldığını bildirərək hüquq-mühafizə orqanlarına müraciət edib. İctimai fəallar hesab edir ki, polis Qarayevə qarşı tədbir görməyib, məhz bu səbəbdən ölüm hadisəsi baş verib.

Bununla bağlı suala cavabda polis mayoru deyib ki, Sevinc Məhərrəmovanın şikayəti ilə bağlı araşdrıma aparılıb və iş sadələşmiş qaydada Xəzər rayon Məhkəməsinə göndərilib. Bundan sonra tərəflər barışıb. Sevinc Məhərrəmova yazılı qaydada bildirib ki, həyat yoldaşından şikayəti yoxdur. Nəhayət sonuncu dəfə Sevinc Məhərrəmovanın şikayəti əsasında polis idarəsinin istintaq şöbəsində Cinayət Məclləsinin 128-ci maddəsi ilə (qəsdən sağlamlığa yüngül zərər vurma) cinayət işi qaldırılıb. Cinayət işinin istintaqı aparılaraq Xəzər rayon Məhkəməsinə göndərilib. Cinayət işi məhkəməyə göndərildikdən sonra polis istintaq hərəkəti apara bilməz. Polis tərəfindən barışğa sövq etmə olmayıb,” o qeyd edib.

Bu zaman ictimai fəallar polis idarəsinin dəmir hasarına qırmızı rəngli maddə atıblar.

Bununla yanaşı, dünən, avqustun 4-də bir qrup qadın hüquqları fəalı etiraz olaraq “Sevincin qatili dövlətdir!” şüarı ilə aksiya keçirib. Aksiyaçılar polis idarəsinin binasının giriş qapısına qan rəmzi olan qırmızı rəngli maye atıblar.

Qadın hüquqları fəalları polis idarəsinin binası qarşısında “Qadin qatilləri dövlətdir!”, “Qadın qətlləri siyasidir!” şüarları səsləndirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, mart ayının 26-da Xəzər rayonu Zirə qəsəbəsi, Südçülük-Tərəvəzçilik Sovxozunda yerləşən fərdi tikilidə yaşayan Füzuli Qarayevin yaşadığı evdə həyat yoldaşı Sevinc Məhərrəmova ilə aralarında yaranmış mübahisə nəticəsində sonuncuya ağacla bədən xəsarətləri yetirməsi faktı üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, törədilmiş əməl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilərək cinayət işi ittiham aktı ilə Xəzər Rayon Məhkəməsinə göndərilib.

“Məhkəmə baxışında tərəflər arasında barışığın olması nəzərə alınaraq mayın 17-də işə xitam verilib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, polis tərəfindən qanunvericiliyə uyğun olaraq bütün zəruri istintaq hərəkətləri yerinə yetirilib. Həmin vaxt Məhərrəmovaya müvafiq qadın sığınacağına yerləşdirilməsi təklif olunub, lakin sonuncu bundan imtina edərək ailəsindən və övladlarından ayrılmaq istəmədiyini bildirib," o qeyd edib.

Hadisə şahidlərinin dediyinə görə, aksiya zamanı fəallar Gülnara Mehdiyeva, Sevgi İsmayılbəyli, Nərmin Şahmarzadə və jurnalistlər saxlanılıb.

Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, aksiya zamanı saxlanılan olmayıb, jurnalistlərə və aksiya iştirakçılarına fiziki təzyiqin olması barədə iddialar əsassızdır.

Rəsmi qurumlar ölkədə son günlərdə azı beş qadının məişət zorakılığının qurbanı olması barədə məlumatlar yayıb.

XS
SM
MD
LG