Accessibility links

İctimai fəal tələbələrin seminarını keçirəcəyini elan etdikdən sonra polisə çağırılıb


Rüstəm İsmayılbəyli
Rüstəm İsmayılbəyli

İctimai fəal Rüstəm İsmayılbəyli mayın 18-də Xətai Rayon Polia İdarəsinin 35-ci Polis Bölməsində iki saat saxlanıldıqdan sonra azad buraxılıb. Bu barədə İsmayılbəylinin özü Amerikanın Səsinə bildirib.

O deyib ki, özü polis bölməsinə getməmişdən öncə qeydiyyatdakı mənizldə olan 71 yaşlı xəstə nənəsini və digər qohumunu polis bölməsinə aparıblar.

“Mənim 17 yaşım var. Polis bölməsinə daxil olanda nənəmi və əmimin həyat yoldaşını azad buraxdılar.”

İsmayılbəyli facebook səhifəsində sabah, mayın 19-da “Tələbə tələbi ilk seminar” adlı status yazaraq tələbələrin seminar keçirəcəyini elan etdikdən sonra polisə çağırılıb.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Tələbələrin seminarının elanı
Tələbələrin seminarının elanı

“Seminarda tələbələrin ümumi problemləri, pozulan haqları, bunların necə həll olunması gərəkliyi, hüquqi mübarizə üsulları barədə müzakirə və maarifləndirici söhbət aparacaqdıq. Polisdə dedilər ki, niyə hər şeyi yazırsan, niyə ağıllanmırsan? Əvvəl bildirdilər ki, 20 sutka həbs olunacam. Sonra telefonumu götürüb accountumdan hər şeyi sildilər və məni azad buraxdılar,” o Amerikanın Səsinə deyib.

İsmayılbəyli polis bölməsindən azad buraxıldıqdan sonra digər tələbələrin təhlükəsizliyini nəzərə alaraq seminarın təxirə salınması ilə bağlı facebook səhifəsində status paylaşıb

İsmayılbəyli Bakı Dövlət Universitetinin tələbəsidir. O iki həftə öncə universitetdə tələbələrin hüquqlarının müdafiəsi ilə bağlı etiraz etdiyinə görə töhmət verildiyini də bildirib.

Öz növbəsində, 35-ci Polis Bölməsindən Amerikanın Səsinə bildiriblər ki, nə Rüstən İsmayılbəyli, nə də qohumları polis bölməsində olmayıb.

XS
SM
MD
LG