Accessibility links

İŞİD ekstremistləri mindən çox insanı Barğuz kəndindən çıxmağa qoymur


ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin döyüşçüləri Suriyada İŞİD militantlarından geri alınana Susah kəndində, 16 fevral, 2019.
ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin döyüşçüləri Suriyada İŞİD militantlarından geri alınana Susah kəndində, 16 fevral, 2019.

İslam Dövləti militantları Suriyanın şərqindəki kənddə ekstremist qrupun saxladığı kiçik bir ərazidəki mindən çox insanın çıxışına mane olur. Bunu bazar günü ABŞ-ın dəstəklədiyi Suriya kürdlərinin başçılıq etdiyi Suriya Demokratik Qüvvələrinin sözçüsü Mustafa Bali bildirib.

“İŞİD təəssüf ki, bütün yolları bağlayıb”, o deyib.

Suriya Demokratik Qüvvələri bildirib ki, ekstremistlər kənddə mülki vətəndaşlar arasında gizlənir və ərazidəki mağaralar və tunellərdən istifadə edir.

Bir zamanlar Suriya və İraqda geniş ərazilərə nəzarət edən İslam Dövləti qrupu hazırda Suriyanın şərqindəki Bağuz kəndində bir kvadtat kilometrlik əraziyə sıxışdırılıb.

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin döyüşçüləri Suriyada Barğuz kəndi ətrafında, 16 fevral, 2019.
ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin döyüşçüləri Suriyada Barğuz kəndi ətrafında, 16 fevral, 2019.

Ekstremistlər arasında qrupun yüksək səviyyəli hərbi komandirləri də ola bilər. Onların kənddəki mülki vətəndaşlar arasında girov saxladıqların insanların da olduğu ehtimal edilir.

Barğuz kəndində koalisiya qüvvələrinin hava hücumları və toqquşmalar davam edir. Suriya Demokratik Qüvvələrinin döyüşçülərinin kənddə irəliləməsi üçün ərazi minalardan təmizlənir. SDF komandirləri İŞİD-in elan etdiyi xilafətin sonunun çox yaxın olduğunu bildirir.

Suriya və ya İraqda İŞİD-in nəzarət etdiyi ərazidə sonuncu istehkamın ələ keçirilməsi ekstremist qrupun elan etdiyi xilafətin sütuqu məqsədilə başladılmış dörd illik qlobal kampaniyanın sonu demək olacaq. 2014-cü ildə gücləndiyi zaman İŞİD hər iki ölkədə ərazilərin üçdə bir hissəsinin nəzarətini ələ almışdı.

Lakin ekspertlər və ABŞ müdafiə rəsmiləri qrupun hələ də ciddi təhlükə təşkil etməyə davam etdiyini və səylərin davam etdirilmədiyi halda altı ay ərzində yenidən formalaşa biləcəyi ilə bağlı xəbərdarlıq edir.

XS
SM
MD
LG