Accessibility links

Hərbi əməliyyatların dayandırılması barədə bəyanat Ermənistanda və Azərbaycanda birmənalı qarşılanmır


Rusiya sülhməramlıları
Rusiya sülhməramlıları

Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı imzalanmış birgə bəyanat Azərbaycanda və Ermənistanda geniş müzakirələrə yol açıb.

Ermənistanda ictimai etirazlar başlayıb və hökuməti bəyanatdan imtina etməyə çağrırlar.

Ermənistanın Baş Naziri Nikol Paşinyan Facebook-da canlı yayımda bildirib ki, Qarabağa dair sazişi ordunun tövsiyəsi ilə imzalayıb.

“Ordu deyirdi ki, dayanmaq lazımdır. Çünki bizim problemlərimiz var, onların həlli perspektivi yoxdur, ya da resurs tükənib,” o bildirib.

“Hərbi resurs hər şeydə effektiv deyildi. Ön cəbhədə döyüşənləri əvəzləyən yox idi. Döyüşənlərin istirahət etmək imkanı olmalı idi. Buna görə də Ermənistan və Qarabağ rəhbərliyi qərara aldılar ki, müharibəni mümkün qədər tez dayandırmaq lazımdır, əks halda nəticələr daha ağır olacaq,” baş nazir qeyd edib.

Öz növbəsində Dağlıq Qarabağda yaşayan ermənilərin lideri Araik Arutunyan etiraf edib ki, Qarabağda müasir silah olmayıb və təqsirkarlar buna görə cavab verməlidirlər. O, xalqa videomüraciətində deyib ki, 44 gün ərzində hərbi əməliyyatlar zamanı erməni tərəfi Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut rayonunun əsas hissəsi, Martuni və Əsgəran rayonlarının bir hissəsi, ən başlıcası isə Şuşa şəhəri üzərində nəzarəti itirib. Arutyunyan bildirib ki, Şuşa üzərində nəzarət noyabrın 7-də tamamilə itirilib.

“Döyüşlər Stepanakertin (Xankəndi) girəcəyində, şəhərdən 2-3 kilometr məsafədə gedirdi və əgər hərbi əməliyyatlar davam etsəydi, bir neçə gün, yaxud bir neçə həftə ərzində bütün Qarabağı itirmək olardıq. Mən xəbərdarlıq etmişəm ki, sizə ehtiyacımız var, mən bu barədə oktyabrın 29-da Kazançesos məbədinin qarşısında demişəm, deyirdim ki, Şuşa təhlükədədir,” Arutunyan bildirib.

Ermənistanda başlayan ictimai etirazlar bir sıra müxalifət partiyalar tərəfindən dəstəklənir və baş nazir Nikol Paşinyanın istefası tələb edilir.

Ermənistan prezidenti Armen Sarkisyan bildirib ki, hərbi əməliiyatların dayandırılması ilə bağlı birgə bəyanatdan yalnız televizyada elan edilərkən xəbərdar olub.

“Artsaxın taleyi xalqın maraqlarına uyğun və xalqın konsensusu əsasında həll olumnmalıdır,” Sarkisyan təcili siyasi məsləhətləşmələrin vacibliyni deyib.

Azərbaycanda da birgə bəyanat müxalif siyasi prtiyalar tərəfindən birmənalı qarşılanmayıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirirb ki, Azərbaycan ictimaiyyəti və partiyalarla məsləhətləşmələr olmadan imzalanıb.

“Qarabağa dair mühüm razılaşmadan öncə bunun olması gərəkirdir. Azərbaycanlılar saziş haqda gecə saat dörddə biliblər, bu, yolverilməzdir,” o deyib.

Hacılı ölkə ərazisinə xarici qoşunların yeridilməsini istisna edən Azərbaycan Konstitusiyasının və ölkənin müstəqilliyi haqda Bəyannamənin hakimiyyət tərəfindən pozulduğunu qeyd edib. Belə ki, bəyanata əsasən Qarabağa Rusiyanın sülhməramlı hərbi kontingenti yeridiləcək.

Müsavat Partiyası Türkiyə sülhməramlı qüvvələrinin iştirakı ilə bağlı İlham Əliyevin şifahi bəyanatına baxmayaraq, gecə imzalanan müqavilədə Türkiyə və onun Silahlı Qüvvələrinin adının çəkilməməsindən narazılığını bildirib.

Arif Hacılı bu sazişin həyata keçiriləcəyinə şübhə ilə yanaşır, çünki Ermənistandan da Azərbaycanla sazişin şərtləri ilə bağlı siyasi qüvvələrin narazılığı barədə xəbərlər gəlir.

Ümid Partiyasının sədri İqbal Ağazadə imzalanmış bəyanatı Azərbaycanın qələbəsi adlandırmaqda çətinlik çəkib, “çünki sənəd problemi 1988-ci il səviyyəsinə qaytarır.” O zaman Qarabağı Moskvanın rəhbərlik etdiyi sovet komitəsi idarə edib. O, sülh sazişini “yarımçıq” adlandırıb və Türkiyə hərbi kontingentinin nizamlanmada iştirakının aydın izahının olmamasına diqqəti çəkib.

“Türklərin sülh prosesində iştirakı ilə bağlı dəqiq təsəvvürlər Qarabağda monitorinq qrupuna dair xüsusi Rusiya-Türkiyə sənədi imzalandıqdan sonra məlum olacaq.”

Ümumilikdə Ağazadə Rusiya ordusunun Qarabağa istənilən növ və əsasla qayıtmasının prinsipial olaraq əleyhinədir.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Ermənistanla imzalanan bəyanatı “tarixi qələbə” adlandırıb. Belə ki, əsasən Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq.

“Azərbaycan Ordusu işğal olunmuş torpaqların bir hissəsini geri qaytardı, qalan hissəsi isə Ermənistan qoşunlarının çıxması ilə geri qaytarılacaq.”

Yeni Azərbaycan Partiyası Rusiya Silahlı Qüvvələrinin Azərbaycana qayıtmasını imzalanmış sazişdə nöqsan hesab etmir, çünki Rusiya ordusunun Qarabağdakı bölmələrinin sayı və niyyəti razılaşdırılıb. O qeyd edib ki, sənədə əsasən, Rusiya Federasiyasının sülhməramlı qüvvələri beş il müddətinə yerləşdirilir.

“Real Partiyasında əldə edilmiş sazişin əhəmiyyəti barədə geniş bəyanat hazırlanır.” Partiyanın Siyasi Şurasının üzvü Natiq Cəfərli Facebook səhifəsində yazıb.

“44 gün ərzində Azərbaycan qalib gəldi, Ermənistan məğlub oldu, bütün bunlardan isə 200 il ərzində olduğu kimi Rusiya fayda qazandı,” o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi bildirib ki, AXCP Azərbaycan ordusunu dəstəkləyib, onu müharibədə qalib sayır.

“Lakin uzun müddətdən sonra Rusiya ordusunun bölgəyə qayıtması partiyanı narahat edir. Partiya ordunun ölkə ərazisində olmasını Azərbaycanın müstəqilliyi üçün təhlükəli amil hesab edirik,” o qeyd edib.

Qarabağ Azadlıq Təşkilatı sənəddə Azərbaycan üçün təhlükəli məqamların olduğunu bildirib. Təşkilatın sədri Akif Nağı hesab edir ki, ermənilər sülhdən istifadə edərək cəmləşə, rusiyalı sülhməramlıların müdafiəsi altında silah toplaya və separatizm şüarı altında yeni müharibəyə başlaya bilər.

“Azərbaycan ermənilərin sülh sazişinin şərtlərindən bu cür istifadə etməsinə yol verməməlidir. Ermənistana yeni Rusiyapərəst hakimiyyət gələcək, imzalanmış sənədin təhlükəli tərəfi bundan ibarətdir,” o, qeyd edib.

Rusiay Müdafiə Nazirliyi bildirib ki, Müdafiə Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında 1960 hərbi qulluqçu, 90 zirehli hərbi vasitə, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingent yerləşdirəcək.

Son məlumatlara görə, Rusiya sülhməramlıları artıq Dağlıq Qarabağa yola düşüb.

XS
SM
MD
LG