Accessibility links

Həkim: “Oqtay Gülalıyevin fikrini ifadə etmək istədiyi görünür…”


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

İstanbulda Amerika klinikasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin sağalma dinamikası müsbətdir, onu müalicə edən həkimlər belə deyir.

Həyat yoldaşı Firuzə Gülalıyeva Amerikanın Səsinə bildirib ki, Oqtay hər gün yarım saat köməkçi vasitələrlə ayaq üstə qaldırılır və o, artıq gündə bir neçə dəfə əlil arabasında oturur.

"Gözlərindən, reaksiyasından görünür ki, arabada oturmaq xoşuna gəlir, xüsusən, pəncərə qarşısında olanda," həyat yoldaşı bildirib.

Hüquq müdafiəçisini əməliyyat edən və hazırda onu müalicə edən həkim Mehti Sasani yaxın iki həftədə xəstənin vəziyyətinin daha da yaxşılaşacağını gözləyir. Onun sözlərinə görə, Oqtay Gülalıyevin fikrini ifadə etmək istədiyi görünür, amma hələlik baryeri aşa bilmir.

"Bunun tezliklə baş verəcəyini gözləyirik," həkim ailə üzvlərinə bildirib.

Oqtay Gülalıyevi ötən il oktyabrın 29-da yolu keçərkən avtomobil vurub. Oktyabrın 30-da onu 18 saat gecikmə ilə əməliyyat ediblər, bu da onun ölüm həddinə gəlməsinə gətirib çıxarıb.

Noyabrın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə hüquq müdafiəçisi müalicə üçün Türkiyəyə göndərilib. Müalicənin maliyyələşdirilməsini də Heydər Əliyev Fondu öz üzərinə götürüb.

XS
SM
MD
LG