Accessibility links

Təbriz məhkəməsi Hüseyn Əliməhəmmədini 3 il həbsə məhkum edib


Hüseyn Əliməhəmmədi
Hüseyn Əliməhəmmədi

Keçən ilin avqust ayında 3 illik həbs müddətini tamamladıqdan sonra sərbəst buraxılan Hüseyn Əliməhəmmədi 3 il əlavə həbs cəzasına məhkum olunub.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) xəbərinə əsasən, türk fəalın həbs hökmü Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində imzalanıb.

Hüseyn Əliməhəmmədi keçən fevral ayında Təbrizdə Ettelaat qüvvələri tərəfindən nəzarət altına alınmışdı.

O, təhlükəsizlik qurumunun həbsxanasında 3 gün sorğu-sual edildikdən sonra, Təbriz Mərkəzi Zindanına göndərilmiş və daha sonra mülki zəmanət qarşılığında sərbəst buraxılmışdı.

Hüseyn Əliməhəmmədi daha əvvəlki həbs müddətində həbsxana məsullarının basqıları və fiziki təzyiqlərinə məruz qalmışdı.

Hüseyn Əli Məhəmmədi və Murtaza Muradpurun həbsxana nəzarətçiləri tərəfindən qəddarlıq döyüldüyü bildirilir.

2016-cı ilinin noyabr ayında Təbriz Zindanının nəzarətçiləri Hüseyn Əliməhəmmədi və digər türk fəal Murtaza Muradpuru amansızcasına döymüşdülər. Hər iki məhbus basqılara etiraz olaraq aclıq aksiyasına başlamışdı.

XS
SM
MD
LG