Accessibility links

FETO-çu kimi tanınan şəxs Türkiyəyə təhvil verilib


Həbs
Həbs

Azərbaycanda tutulan Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü Mustafa Ceyhan Türkiyəyə aparılıb.

Bu barədə Report agentliyi məlumat yayıb.

Məlumata görə, Mustafa Ceyhan aprelin 26-da İstanbula aparılıb. O, Atatürk adına Hava Limanında qarşı tərəfə təhvil verilib.

M. Ceyhan FETÖ üzvü olmaqda ittiham edilərək, barəsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprelində Gürcüstandan Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

Azərbaycanın Qazax Rayon Məhkəməsinin hökmü ilə Mustafa Ceyhan Azərbaycanın sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq 1 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Türkiyə Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.

XS
SM
MD
LG