Accessibility links

Beynəlxalq Böhran Qrupunun eksperti: PKK kürdlərin azrularını əksetdirmir


Beynəlxalq Böhran Qrupunun eksperti: PKK kürdlərin azrularını əksetdirmir
Beynəlxalq Böhran Qrupunun eksperti: PKK kürdlərin azrularını əksetdirmir

Beynəlxalq Böhran Qrupunun Türkiyə/Kipr proqramının direktoru Hyu Poup Amerikanın Səsinin türk xidmətinə müsahibəsində son günlər Türkiyənin cənub şərqində baş verən gərginliklərə şərh verib. Cənab Poup müşahidəçilərin PKK-nın törətdiyi zorakılıqlarıdan xeyli narahat olduğunu və münaqişənin dinc yolla çözülməsi üçün hər iki tərəfin səy göstərməli olduğunu qeyd edib. Ekspert ümid etdiyini bildirib ki, zorakılıqlar tezliklə dialoqla əvəzlənəcək.

Bu həftənin əvvəlində PKK qiyamçıları Türkiyənin Çukurca bölgəsində türk hərbi postuna hücum edərək 24 əsgəri qətlə yetirdilər, və çox sayda adamı yaraladılar. Cəmiyyəti şoka salan hücumun ardınca Türkiyə silahlı qüvvələri İraqla sərhəddə irimiqyaslı əməliyyatlara başlayıb. Hyu Poup hazırda cərəyan edənləri son 10 ildə konfliktin ən ciddi eskalasiyası kimi dəyərləndirir. “Bu hücum bütün ölkəni gərgin psixoloji duruma salıb. Bu, konflikti həll etməyə çalışan hər kəs üçün bu, çox pis xəbərdir.”

Hyu Poup son hesabatında Türkiyə hökumətini PKK və qurumun həbsdə olan lideri Abdullah Öcalanla birbaşa danışıqlar aparmağa səsləyib. Hazırda bu növ danışıqların hələ aktual olub-olmadığı barədə sualı cavablandıran cənab Poup son 20 ildə Öcalanla danışıqlara cəhdlərin baş verdiyini deyir. Lakin iyun ayında münaqişə eskalasiya etdikdən sonra danışıqlar iflasa uğrayıb.


Hyu Poup PKK-nın yenidən zorakılqlarla start verməsini pisləyib. Onun sözlərinə görə 2009-cu ildə dialoq üçün əlverişli mühit yaranmışdı. Son ayların hücumları bu mühitin aradan qalxmasına, xoş məramın yoxa çıxmasına bais olub: “PKK kürdlərin Türkiyədə istədiklərini əks etdirmir. Türkiyə kürdləri sülh istəyirlər, onlar sülhə çağırırlar. Bütün tərəflər buna can atmalıdırlar.”


Beynəlxalq Böhran Qrupunun təsmilçisi Türkiyənin hücumlara lazımi qaydada cavab verməsinin vacib olduğunu deyib. Eyni zamanda o, rəsmi Ankaranı islahatlara doğru addımlar atmağa, konstitutsiyada müsbət dəyişikliklər etməyə, günahsız adamları həbsdən buraxmağa səsləyib. Əks təqdirdə, o, vəziyyətin müharibə həddinə gəlib çatacağı barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG