Accessibility links

HİV-lə bağlı yeni araşdırma təəccüblü nəticələr açıqlayıb


HİV-lə bağlı yeni araşdırma təəccüblü nəticələr açıqlayıb
HİV-lə bağlı yeni araşdırma təəccüblü nəticələr açıqlayıb

Yeni araşdırma göstərir ki, HİV xəstələri erkən, immunitet sistemləri hələ də güclü olarkən müalicə olunduqda onların virusu seksual tərəfdaşlarına yoluxdurma riski xeyli azala bilər.

ABŞ Milli Səhiyyə İnstitutları tərəfindən aparılan araşdırma dünyanın 13 nöqtəsində 1700 cütlüyü nəzərdən keçirib. Demək olar ki, bütün cütlüklər heteroseksual olublar.

Tapıntılar göstərir ki, antiretroviral dərmanların erkən qəbul edilməsi HİV yoluxmasının qarşısnı 96 faiz hallarda ala bilər.

HİV-yə yolxumuş tərəfdaşın erkən müalicəyə başlamadığı 877 cütlükdə tərəfdaşların 27-si virusa yoluxub. HİV virusu QİÇS xəstəliyinə gətirib çıxarır.

XS
SM
MD
LG