"Milton" qasırğası cümə axşamı Floridanın mərkəzi və şimalına daşqınlar və dağıdıcı küləklər gətirərək, evləri dağıdıb, azı 4 nəfərin ölümünə və 3 milyon insanın işıqsız qalmasına səbəb olub.
"Milton" 3-cü kateqoriyalı qasırğa kimi Sarasota qraflığındaki Siyesta Ki yaxınlığına çərşənbə günü axşam saatda maksimum 205 km. sürətlə davamlı küləklərlə enib.
Qasırğa gecəni ştatı dağıtmaqla keçirib. Cümə axşamı günəş doğmadan bir neçə saat əvvəl fırtına Atlantik okeanındakı mərkəzindən sahilə çıxmasından əvvəl rəsmiləri daşqınla bağlı fövqəladə vəziyyət elan etməyə vadar edib.
ABŞ Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, fırtına ştatdan uzaqlaşdıqca, cümə axşamı Floridanın şimalındakı ərazidə 5-10 santimetr əlavə yağıntı ola bilər.
Floridanın qərb sahilində, quruya enmə sahəsinə yaxın olan Sankt-Peterburq şəhərində 41 santimetr yağış qeydə alınıb ki, bu da oktyabr ayı üçün şəhərin orta aylıq göstəricisindən 8 dəfə çoxdur.
Qasırğa nəticəsində həmçinin sahil Tampa, Sankt-Peterburq, Sarasota və Fort Mayers şəhərlərini su basıb.
Üç milyondan çox sakinin və müəssisənin elektrik enerjisi kəsilib. Kommunal şirkətlər kəsilmələrin uzun müddət davam edə biləcəyi barədə xəbərdarlıq etdilər.
Mayamidəki Milli Hava Xidməti X sosial media platformasında tornadoların fotoşəkillərini yerləşdirib və Floridanın "sürətli və təhlükəli tornadolar üçün çox əlverişli mühit" olduğunu deyib.
Agentlik çərşənbə günü günortaya qədər 50-dən çox tornado xəbərdarlığı edib.
Fövqəladə hallar rəsmiləri çoxu mobil ev olmaqla, azı 125 evin dağıldığını bildirib.
"FlightAware" saytının cümə axşamı səhər saatlarına olan məlumata görə, ən çoxu Orlando, Tampa və Floridanın cənub-qərbində olmaqla, 2209 reys ləğv edilib.
Federal Aviasiya Administrasiyası Florida ştatında təcili təyyarələr istisna olmaqla, Tampa, Palm-Biç və Sent-Pit-Kliruoter hava limanlarının cümə axşamı bağlı olduğunu bildirib.
Forum