ABŞ-ın Azərbaycandakı Səfirliyi Cəncə, Xaçmaz, Salyan və Kürdəmirdə yenidən açılan Amerika güşələrinə həsr olunmuş “The American Roadshow” proqramını açıq elan edir.
ABŞ səfirliyi facebook səhifəsində bildirir ki, American Road Show proqramı çərçivəsində Amerika güşələrinə səfər ediləcək qonaqlar ABŞ-ın mədəniyyət, təhsil, səyahət, iqtisadiyyat və biznesi haqqında, eləcə də ABŞ-da həyatın bir çox aspektləri haqqında maraqlı təqdimatlar keçirəcək.
Bütün təqdimatlar pulsuzdur və ictimaiyyətə açıqdır.
American Road Show proqramı fevralın 1-də, 20-də Kürdəmirdə, fevralın 2-də, 13-də, 21-də Gəncədə, fevralın 8-də, 22-də Salyanda, fevralın 12-də, 20-də Kürdəmirdə, fevralın 15-də, 27-də XaçmazdaAmerika Mərkəzində keçiriləcək.