Accessibility links

BQXK mandatı çərçivəsində fəaliyyətindən danışıb


Beynəlxalq Qırmızı Xaç Komitəsi
Beynəlxalq Qırmızı Xaç Komitəsi

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) neytral və qərəzsiz humanitar təşkilat olaraq silahlı münaqişələrdə zərər çəkənlərə öz mandatı çərçivəsində yardım göstərir və Azərbaycanda bir sıra layihələri həyata keçirir. Bu barədə noyabrın 17-də BQXK-nın Bakı nümayəndəliyində keçirilən btifinq barədə Turanın məlumatında deyilir.

Təşkilatın fəaliyyət istiqamətlərindən biri pəncərələrin dəyişdirilməsilə evlərin qorunması, qoruyucu divarların tikilməsilə sığınacaqların yaradılmasına yardım göstərməklə cəbhəyanı icmaların təhlükəsizliyini təmin etməkdir.

2011-ci ildən Tərtər, Tovuz, Qazax, Goranboy və Ağdam rayonlarında 90 ailəyə yardım göstərilib.

Bu ilin birinci yarısında 600 nəfərə sığınacaq verilib. Məktəblərdə də sığınacaqlar yaradılıb.

BQXK-nın köməyilə təxminən 3000 nəfər məhsul yığımı, əkin ilə məşğul olub. BQXK proqramı vasitəsilə 1080 nəfər su təchizatını yaxşılaşdırıb, 120 ailə iqtisadi yardım alıb.

BQXK-nın əsas istiqamətlərindən biri Qarabağ münaqişəsi kontekstində tutulanlara baş çəkməkdir.

BQXK mütəmadi olaraq onlara baş çəkir, onlarla qohumları arasında məktub mübadiləsini həyata keçirir.

Təşkilatın qaydalarına görə, ziyarət edilənlərin adları açıqlanmır.

BQXK həbs edilənlərin buraxılması ilə məşğul olmur, ancaq azadlığa buraxılma zamanı və ya saxlanılanların qaytarılmasına yardım göstərir.

BQXK məhbusların ləyaqətinə hörmətlə yanaşılmasına və onların qohumları ilə yazışmaq imkanlarının təminatına xüsusi diqqət yetirir

Beynəlxalq humanitar hüquq məhbusları "kütlənin maraqları"ndan qoruyur.

Bu norma İkinci Dünya müharibəsindən sonra, məhbusların şəhərlərə aparıldığı, ictimaiyyət arasına çıxarıldığı vaxtlardan sonra qəbul edilib. Hazırda bu, yoxdur.

Ancaq müasir şəraitdə başqa üsullardan istifadə olunur -əsirlər televiziya və İnternetdə nümayiş etdirilir, onları ifadə verməyə məcbur edirlər. BQXK məhbuslar haqqında şəxsi xarakterli məlumatları açıqlamamağa, onların foto və videolarının nümayişindən çəkinməyə çağırır.

BQXK-nın mühüm fəaliyyət istiqaməti itkin düşənlərin axtarışıdır.

BQXK Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin siyahısını 4 dəfə - 1995, 1997, 2004 və 2015-ci illərdə yeniləyib.

Son məlumatlara görə, itkin düşmüş şəxslərin ümumi sayı 4500 nəfərdir, o cümlədən 3.700 nəfər Azərbaycan tərəfdəndir. Ümumilikdə, itkin düşmüş şəxslərin 80% -i hərbçidir.

BQXK ailə başçılarının terrorçuluq fəaliyyətində iştirakı ilə bağlı İraqda olan azərbaycanlı qadınların və uşaqların taleyini diqqət mərkəzində saxlayr.

BQXK nümayəndələri İraqda 20 ölkədən, o cümlədən Azərbaycandan olan 1300 nəfərə baş çəkiblər. BQXK əldə etdiyi bütün məlumatları Azərbaycan hökuməti ilə paylaşıb.

BQXK öz mandatı çərçivəsində məhbusların saxlanma yerləri ilə tanış olur. Birinci yarımildə məhbusların saxlanma şəraitinin, onlarla rəftarı yoxlamaq üçün 19 saxlama mərkəsinə 38 səfər edib.

XS
SM
MD
LG