Accessibility links

Human Rights Watch: Azərbaycan hökuməti fərqli səslərə qarşı düşmən mövqeyində qalıb


"Human Rights Watch” insan hüquqları təşkilatı yanvarın 13-də növbəti illik hesabatını açıqlayıb.

Hesabatın Azərbaycan hissəsində deyilir ki, ötən ilin martında Prezident İlham Əliyev əfv fərmanı ilə 40-a yaxın siyasi motivli ittihamlarla həbs olunmuş müxalifət fəalını, dindarı, jurnalisti, insan haqları fəalını azadlığa buraxıb.

“Lakin onlarla insan hələ də qanunsuz olaraq həbs cəzası çəkir, hökumət tənqidçiləri, fərqli düşünənləri hədəfə alır” illik hesabatında deyilir.

Təşkilat bildirir ki, 2020-ci ilin müharibəsi başlanandan sonra hakimiyyətlə siyasi müxalifət arasında gərginlik azalıb.

“Buna baxmayaraq hökumət fərqli səslərə qarşı düşmən mövqeyində qalıb. Məhdudlaşdırıcı qanunlar qeyri-hökumət təşkilatlarının müstəqil fəaliyyətini önləyir. İl boyu işgəncə və pis rəftarla bağlı məlumatlar gəlib.”

Bundan əlavə hesabatda ölkədə siyasi müxalifətin üzləşdiyi təqiblərdən söz açılır. AXCP fəallarından Niyaməddin Əhmədov, Səid Bakuvi, digərlərinə qarşı saxta ittihamlar irəli sürüldüyü, bəzi fəalların sonradan şərti cəzayla azadlığa buraxıldığı qeyd olunur.

Hesabatda o da deyilir ki, münaqişə vaxtı məktəblərə ciddi ziyan dəyməsinə baxmayaraq, Azərbaycan hələ də Təhlükəsiz Məktəblər Deklarasiyasını ratifikasiya etməyib. 112 ölkənin imzaladığı bu beynəlxalq sazişin məqsədi münaqişə vaxtı təhsili qorumaqdır.

“Human Rights Watch” münaqişə vaxtı Azərbaycan qüvvələrinin erməni hərbi əsirləri pis rəftara, alçalmaya məruz qoyduğunu bildirir. Azərbaycanın rəsmi orqanları isə bu halların araşdırıldığını, bu cür hallara yol vermiş hərbçilərlə bağlı cinayət işi açıldığını bildirib.

Human Rights Watch” təşkilatı Azərbaycanda gender zorakılığının yayıldığı, amma bu problemin yetərincə işıqlandırılmadığı da qeyd edilir. Rəsmilərin qurbanların qorunmasına yönəlik fəaliyyətində ciddi boşluqlar olduğu vurğulanır.

“COVID-19-la bağlı məhdudiyyətlər məişət zorakılığının artmasına səbəb olub, sığınacaq rəhbərləri sığınacaq axtaran qadınların sayının çoxaldığını deyirlər”, hesabatda deyilir.

Dağlıq Qarabağ – minalanmış ərazilər və hərbi əsirlər haqqında

HRW-nin hesabatında minaya düşən jurnalistlərdən və mülki əhalidən bəhs edilir:

“Avqustda Azərbaycanın Baş Prokurorluğu bəyan edib ki, atəşkəsdən öncə erməni silahlı qüvvələrinin nəzarəti altında olan ərazilərə basdırılmış piyada və tankəleyhinə minaların partlaması nəticəsində 23 mülki vətəndaş həlak olub, 36 nəfər isə yaralanıb. Ölənlərin arasında iyunun 4-də minaya düşərək həlak olan iki azərbaycanlı jurnalist və bir yerli məmur da var. Bildirilir ki, geri qaytarılmış yeddi rayonun demək olar ki, hər birində geniş miqyasda minalanmış ərazilər qalır,” hesabatda qeyd olunur.

Təşkilat bildirir ki, piyada əleyhinə minaların yerləşdirilməsini qadağan edən beynəlxalq müqavilə nə Azərbaycan, nə də Ermənistan tərəfindən ratifikasiya edilib.

Bundan əlavə qrum bildirib ki, regionda onsuz da COVID-19 nəticəsində zərər görmüş təhsilin səviyyəsi müharibə dövründə daha da ağırlaşıb.

Rəsmi məlumatlara görə, Ermənistanda ən az 71, Azərbaycanda isə 54 məktəb döyüşlərdə zərər görüb və dağıdılıb:

“Münaqişə zamanı məktəblərə dəyən zərərə baxmayaraq, Azərbaycan hələ də 112 ölkə tərəfindən imzalanmış silahlı münaqişələr zamanı təhsili qorumaq üçün nəzərdə tutulmuş Təhlükəsiz Məktəblər Beynəlxalq Bəyənnaməsinə qoşulmayıb”.

HRW hesab edir ki, Azərbaycan silahlı qüvvələri bir çox erməni müharibə əsirlərinə qarşı fiziki zorakılıq hallarına və alçaldıcı davranışlara yol verib.

“Human Rights Watch” həmçinin, erməni vətəndaşlara, o cümlədən yaşlı insanlara qarşı işgəncə və sui-istifadə faktlarını, habelə 2021-ci ilin əvvəllərində qanunazidd öldürmə hallarını sənədləşdirib:

Əsirlərin geri qaytarılması məsələsi

Təşkilat bildirib ki, 2021-ci ildə Azərbaycan 100-dən çox erməni hərbi və mülkü əsirini geri qaytarıb.

Sentyabrda Ermənistanın Ombudsman Aparatı qeyd edib ki, ən az 41 hərbi əsir və 4 mülkü vətəndaş Azərbaycanda həbsdə saxlanılır: “Həbsdə saxlanılanların dəqiq sayı bəlli deyil. Azərbaycan hökuməti bu məhbusları hərbi əsir kimi tanımır”.

HRW qeyd edir ki, Azərbaycan hakimiyyəti həbsdə qalan erməni hərbçilərini terrorçuluqda şübhəli bilsə də, məhkəmə prosesi zamanı onlardan bəzilərinə qarşı bu ittiham ləğv edilib:

“Onlar daha sonra sərhədi qanunsuz keçmə və silah saxlamaqda ittiham ediliblər. Bu əsirlərdən bir çoxu Ermənistanın iyun və iyul aylarında minalanmış ərazilərin xəritəsi verməsi qarşılığında Azərbaycanın azad etdiyi 30 hərbçisinin arasındadır”.

Hesabatda bildirilir ki, Azərbaycan məhkəməsi bəzilərinin mülki vətəndaş olduğu bildirilən ən azı altı etnik erməniyə müxtəlif ittihamlarla azadlıqdan məhrum edib.

İttihamlar arasına terror, casusluq və 1990-cı il Qarabağ müharibəsi zamanı Azərbaycan vətəndaşlarına işgəncə verilməsi ittihamları da var:

Rəsmi qurumlar

Hakimiyyət təmsilçiləri isə indiyədək beynəlxalq təşkilatların oxşar tənqidlərini rədd edib, bu qurumların mövqeyini qərəzli adlandırıb. Rəsmi qurumlar ölkədə siyasi əqidəsinə görə heç kəsin təzyiq görmədiyini, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.Həmçinin Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin arxada qaldığını və ölkənin ərazi bütövlüyünün bərpa edildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG