Accessibility links

Human Rights Watch Belarus hakimiyyətini kütləvi həbslərdə və işgəncələrdə ittiham edir


"Human Rights Watch" (HRW) insan hüquaları təşkilatı Belarus təhlükəsizlik qüvvələrini avtoritar prezident Alekandr Lukaşenkoya altıncı dəfə prezident seçilməyə imkan verən 9 avqust seçkilərindən bir neçə gün sonra minlərlə insanı həbs etməkdə və yüzlərlə insana işgəncə verməkdə günahlandırıb.

Seçkidən sonra hökümətin qəddar basqıları nəticəsində təxminən 7000 nəfər saxlanıb. Etirazlar zamanı üç nəfərin öldüyü, dinc nümayişçilərə qarşı rezin güllələr, dəyənəklər və səsli bombalar ilə hücum nəticəsində yüzlərlə insan yaralanıb. Lukaşenko etirazların arxasında xarici güclərin dayandığını iddia edərək, səslərin saxtalaşdırıldığını inkar edir.

HRW təşkilatı açıqladığı hesabatın 8-12 avqust tarixləri arasında həbs edilmiş 27 keçmiş məhbusla müsahibələr, həbslər barədə məlumatları olan 14 ayrı şəxs və həbs olunanlar və onların qohumlarının verdiyi məlumatlar, eləcə də 67 video və yazılı ifadələrinə əsaslandığını bildirir.

Keçmiş məhbuslardan bəziləri Minsk, Qrodno və Qomel şəhərlərində dinc nümayişlərdə iştirak etdikləri zaman həbs olunduqlarını bildirib. Digərləri isə təhlükəsizlik qüvvələri tərəfindən "ifrat zorakılıq"la, küçələrdən və ya avtomobillərindən çıxardılaraq həbs edildiklərini iddia edir.

Məhbuslar döyülmələr, elektrik cərəyanları və digər işgəncə növlərinə məruz qaldıqlarını, nəticədə sümüklərin qırılması, elektrik yanıqları, yüngül travmatik beyin xəsarətləri, böyrək zədələri və diş çatlamaları ilə üzləşdiklərini bildirir. Ən azı bir məhbusa cinsi təcavüz edildiyi də iddia edilir.

Kütləvi həbslər sentyabr ayının ilk həftəsində yenidən başlayıb və Daxili İşlər Nazirliyi təkcə sentyabrın 6-da 600 nəfərin tutulduğunu bildirir. Nazirlik Minskdə və digər şəhərlərdə sonuncu bazar günü icazəsiz nümayişlər keçirdiyinə görə daha 774 nəfərin həbs olunduğunu deyir.

Belarus rəsmiləri həmçinin xarici və yerli müstəqil media qurumlarında çalışan xarici jurnalistləri və yerli müxbirləri də hədəf alıb. HRW təşkilatı onlarla jurnalistin media etibarnamələrinin ləğv edildiyini, qovulduğunu və ya təhqirlərə məruz qadlığını bildirir.

Qrodnodaki bir jurnalist rəsmilərə media etibarnamələrini göstərməsinə baxmayaraq, həbs olunduğunu və bunun nəticəsində Rusiya xüsusi polis bölməsinin bir zabit tərəfindən əlində iki biləyinin qırıldığını bildirib.

Rusiya baş ofisi Nyu-Yorkda yerləşən qlobal qeyri-hökumət qrupunun iddialarına hələ cavab verməyib.

HRW BMT-nin İnsan Hüquqları Şurasının bazar ertəsi Belarusla əlaqədar iki həftə sürəcək təcili iclasa başladığını bildirib.

HRW bazar ertəsi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) bu iddialarla bağlı istintaqa başlamağa çağırdığı bir vaxt Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Belarus təhlükəsizlik qüvvələri ilə bağlı təhqiqat aparılmasını istəyib.

"Miqyası və sayı nəzərə alınaraq, təhlükəsizlik qüvvələri tərəfindən işgəncə və pis rəftara dair bütün hallar müqəssirlərin məsuliyyətə cəlb edilməsi məqsədi sənədləşdirilməli və araşdırılmalıdır", o, bazar ertəsi Cenevrədə etdiyi çıxışında bildirib.

ABŞ-ın 13 respublikaçı və demokrat senatorundan ibarət qrupu bazar ertəsi etirazçılara qarşı basqılara görə məsuliyyət daşıyan Belarus rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsini təklif edən bir qərnamə layihəsi təqdim edib. Qrup Lukaşenkonun yenidən seçilməsinin “azad və ədalətli” olmadığını elan edərək, bütün siyasi məhbusların və dinc nümayişlər keçirdiklərinə görə həbs olunanların sərbəst buraxılmasını tələb edib.

Digər tərəfdən isə Rusiya xəbər agentlikləri keçən həftə Lukaşenkoya istinadən, onun müxalifətlə müzakirə edəcəyi bir şey olmadığını və konstitusiya islahatları, eləcə də potensial olaraq yeni prezident seçkilərinə açıq ola biləcəyini dediyi haqda xəbər verib.

XS
SM
MD
LG