İsveçdə fəaliyyət göstərən İranda İnsan Haqları və Demokratiyanı Müdafiə Cəmiyyətinin sədri Araz Fənni Amerikanın Səsinə müsahibədə İranla bağlı çalışan hüquq müdafiəçilərini insan haqları fəaliyyətini ideologiyalara fəda etməməyə çağırıb.
Daha öncə farsdilli mediaya müsahibələr vermiş güneyli hüquq müdafiəçisi Amerikanın Səsi ilə söhbətdə ilk dəfə olaraq media vasitəsilə fikirlərini türk dilində paylaşa bildiyi üçün sevindiyini ifadə edib.
İnsan haqları fəaliyyətlərində, bu ərəbdir, türkdür, bəluçdur, separatçıdır, hansısa düzgün olmayan fəaliyyətlə məşğul olmuş, bədənini satmış, və bu kimi sözlərlə haqsızlığa uğramış insanlar arasında fərq qoymaq doğru deyildir.Araz Fənni
“İnsan haqları fəaliyyətlərində, bu ərəbdir, türkdür, bəluçdur, separatçıdır, hansısa düzgün olmayan fəaliyyətlə məşğul olmuş, bədənini satmış və bu kimi sözlərlə haqsızlığa uğramış insanlar arasında fərq qoymaq doğru deyildir,” deyə İsveçdə yaşayan fəal ideoloji əsaslara görə fəaliyyət göstərən iranlı hüquq müdafiəçilərini tənqid edib.
Onun dediklərinə görə, hazırda mütərəqqi ölkələrdə fəaliyyət göstərən Amnesty International kimi beynəlxalq insan haqları təşkilatları öz fəaliyyətlərində dövlətlər və sərmayə sahiblərinə bağlı olmadan müstəqil olaraq çalışa bilirlər. Ancaq, İran kimi ölkələrdə durum fərqlidir.
Araz Fənninin sözlərində İranın bəzi bölünmüş və ya parçalanmış sabiq siyasi partiyaların üzvlərinin hazırda insan haqları sahəsində fəaliyyətlə məşğul olduqlarına işarə edərək, bu məsələnin mənfi və müsbət tərəflərini dəyərləndirib.
Amnesty Internationalın əməkdaşı həmçinin iranlı hüquq müdafiəçilərinin fəaliyyətlərində müşahidə etdiyi ayrı-seçkilik nümunələrindən danışıb.
“5 nəfər ərəb fəal edama məhkum edilmişdilər. Mən o ərəbləri müdafiə etməklə bağlı bəzi hüquq müdafiəçilərinə müraciət etdim. Ancaq, onlar edama məhkum olanların arasında bəzilərinin separatçı olduğunu və Səudiyyə Ərəbistanından pul aldıqlarını iddia edərək onları müdafiə etmək istəmədilər,” deyə o qeyd edib.
“5 nəfər ərəb fəal edama məhkum edilmişdilər. Mən o ərəbləri müdafiə etməklə bağlı bəzi hüquq müdafiəçilərinə müraciət etdim. Ancaq, onlar, edama məhkum olanların arasında bəzilərinin separatçı olduğu və Səudiyyə Ərəbistanından pul aldıqlarını iddia edərək onları müdafiə etmək istəmədilər,” deyə o qeyd edib.Araz Fənni
“İnsan haqları ilə siyasi fəaliyyəti bir-birindən ayırmaq olmaz. Ancaq, insan haqları fəaliyyətində ideologiyadan uzaq olmaq lazımdır,” deyə İsveçdə yaşayan fəal düzgün bir hüquq müdafiəçisini xəstələrin ideologiyasını sorğulamadan onları müalicə edən yaxşı həkimə bənzədir.
Araz Fənni insan haqlarının ideoloji məsələlərlə qarışması səbəbilə haqsızlığa məruz qalan bəzi qruplar, o cümlədən işçilər, uşaqlar, qadınlar, kəndlilər, edam məhkumları və etnik qrupların adlarını çəkib.