Accessibility links

Honq Konqda koronavirus səbəbilə ilk ölüm halı qeydə alınıb, tibb işçiləri tətil edir


Honq Konqda tibb işçiləri çərşənbə axşamı artıq ikinci gündür tətil keçirir. Adada Çində 425 nəfərin ölümü ilə nəticələnən koronavirus səbibilə ilk ölüm halı baş verib.

Bazar ertəsi 2000-dən çox tibb işçisinin iş yerlərini tərk edərək Çinlə bütün sərhəd keçidlərinin bağlanmasını tələb etməsindən sonra, Honq Konq yerli vaxta gecə saat 12-də Çinlə bütün quru və dəniz sərhədlərini bağlayıb.

Honq Konqda 2002-2003-cü illərdə ağır kəskin tənəffüs sindromu yayılmışdı.

Honq Konqun səhiyyə rəsmiləri qurbanın 39 yaşlı bir kişi olduğunu bildirib. Onun əvvəlcədən başqa xəstəliyinin mövcud olduğu və bu yaxınlarda epidemiyanın mərkəzi olan Uhanı ziyarət etdiyi bildirilib.

Bu arada isə Çinin qumar ərazisi hesab edilən Makau çərşənbə axşamı virusun yayılmasının qarçısını almaq məqsədilə bütün qumar əməliyyatlarının iki həftəlik dayandırılıcağını açıqlayıb.

Çində yeni koronavirusa yoluxanların sayı 20000-i keçib. 23 digər ölkədə isə 150 yoluxma hallarının olduğu təsdiqlənib.

Fillipin bazar günü koronavirus səbəbilə bir nəfərin öldüyünü təsdiqləyib. Bu koronavirus səbəbilə Çindən kənarda qeydə alınan ilk ölüm halı idi.

Bazar ertəsi Nature (Təbiət) jurnalında dərc olunan yeni araşdırmada bildirilir ki, viruslar üzrə mütəxəssisləşən Uhan Virologiya İmstitutunun ekspertləri yeni virusun genetik baxımdan Çinin cənubi Yunnan vilayətində yarasalarda rast gəlinən virusa bənzədiyini deyir.

Araşdırmada deyilir ki, yeni koronavirus genetik baxımdan 80 faiz 2002-2003-cü illərdə 800-dən çox insanın ölümü ilə nəticələnən SARS virusu ilə oxşardır.

Çin rəsmiləri virusun heyvanlardan insanlara necə keçdiyi dəqiq bilməsə də, buna Çində vəhşi və ev heyvanlarının satıldığı açıq-hava bazarlarının səbəb ola biləcəyini ehtimal edir.

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, minlərlə pasientin laboratoriya testlərinin nəticələri gözləndiyi müddət ərzində yoluxma hallarının artacağı güman edilir.

Çin rəsmiləri bəzi regionlarda hərəkətə qadağa tətbiq edərək və insanların məktəb və digər təsislərə getməmələrini təmin etmək məqsədilə tətil müddətini uzatmaqla yoluxma hallarının qarşısını almağa çalışıb.

Lakin Çin çox sayda ölkənin Çindən gələn ziyarətçilərin sərhədlərini keçmələrinə qadağ tətbiq etdiyinə görə məyusdur.

Hökümət sözçüseüHua Çunyinq Birləşmiş Ştatları qorxu yaymaqda və epidemiyanın qarşısının alınması üçün heç bir əhəmiyyətli yardım təklif etməməkdə günahlandırıb.

O deyib ki, Vaşinqton “dayanmadan panika yaradıb, yayır”. O həmçinin Ümumdünya Səhiyyə Təşkilatının səyahət qadağalarının əleyhinə tövsiyyələr irəli sürdüyünü qeyd edib.

Prezident Donald Tramp Çinə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən ekspertlər göndərməyi təklif edib, lakin Pekin hələ ki, bu yardım təklifini qəbul etməyib.

Birləşmiş Ştarlar bazar günü Hubey vilayətinə səfər etmiş ABŞ vətəndaşları üçün məcburi 14 günlük karantin elan edib.

Pentaqonun baş sözçüsü Conatan Rat Hoffman bazar ertəsi deyib ki, Birləşmiş Ştatlar 1000 nəfəri karantinə almağa hazırdır.

XS
SM
MD
LG