Honq Konqun iğtişaş polisi şənbə günü bir neçə alış-veriş mərkəzlərinə daxil olaraq orada hökümət əleyhinə etiraz edən nümayişçiləri həbs edib.
Çin sərhədinə yaxın yerləşən Yuen Lonq alış-veriş mərkəzində qara paltar geyinənyüzlərlə etirazçı ağ köynək geyinmiş silahlı dəstənin dəmir yolu sansiyasına hücumundan beş ay keçməsini qeyd edib. Həmin hücum zamanı silahlı dəstə yoldan keçənləri və etirazçıları borular və dirəklərlə döymüşdü.
Polis yardım cağırışlarına cəld cavab vermədiyinə və hadisə yerində heç bir şübhəlini həbs etmədiyinə görə tənqid olunub. Polis daha sonra bir neçə nəfəri həbs edib və hücumçuların mütəşəkkil cinayət qanqsterləri ilə əlaqələrinin olduğunu söyləmişdi.
Etirazçılar həmin hücum üçün ədalət tələb edib və “Azadlıq üçün mübarizə apar” və “Honq Konqu Dəstəklə” şüarlarını səsləndirib.
“Hökümət bu beş ayda hələ ki, heç nə etməyib. Onlar mənə cavab, izahat verməyə borcludurlar”, Lou adlı 30 yaşlı katib bildirir.
Honq Konqda etirazlar artıq yeddi aydır davam edir. Sakinlər Çinin Honq Konqun 1997-ci ildə Çinə təhvil verilərkən "bir ölkə iki sistem" formulası altında əd edilən azadlıqlara müdaxiləsinə görə qəzəblənib.
Bir çoxları polis zorakılığına görə qəzəblidir və polisin ifrat gücdən istifadəsi ilə bağlı müstəqil istintaqın aparılmasını tələb edirlər. Başqaları isə həbs olunan bütün nümayişçilərin azadlığa buraxımasını və tam demokratiyanın təmin olunmasını tələb edir.
Polis cümə günü axşamı şimal Tai Po rayounda mülki geyimli zabitlərə atəş açan şəxsi həbs edib. Nəticədə xəsarət alan olmayıb.
Yaxınlıqda bir mənzildə aparılan axtarış zamanı aralarında yarı-avtomatik tüfəng və mərmilər daxil olmaqla bir neçə silah aşkar olunub. Hadisə yerində olan yüksək vəzifəli polis zabiti Stiv Li müxbirlərə deyib ki, polisdə şübhəli şəxsin etiraz zamanı "hərc-mərclik yaratmaq və polis zabitlərini yaralamaq məqsədilə” tapançadan istifadə etməyi planlaşdırdığına dair məlumat olub.
Tsim Şa Tsuidə şənbə günü bir qrup etirazçı Çinin zəngin alıcılarının alış-veriş etdiyi mərkəzə toplaşıb.
“Şəhərimiz polis tərəfindən ələ keçirildiyi bir vaxt Miladı qeyd edə bilmərik. Alış-veriş mərkəzinin girişində polis olduğunu görəndə, hədiyyə almaq əhvalında olmaq mümkündürmü?, 17 yaşlı etirazçı sual edib.