Accessibility links

Hong Kong Universiteti Cəmil Həsənlinin kitabını Çin dilində nəşr edib


Hong Kong University Press Azərbaycan alimi Cəmil Həsənlinin Şərqi Türkistan haqqında kitabını Çin dilində nəşr edib.

Cəmil Həsənli bildirib ki, bu əsərin hazırkı vaxtda Hong Kong Pressdə nəşr edilməsi bir sıra çətinliklərlə üzləşsə də, nəhayət mümkün olub.

“Kitabı Çin dilinə professor Yang Şu tərcümə edib. Moskva və Harvarddan sonra üçüncü olaraq bu araşdırma Hong Kongda nəşr olundu. Hazırda kitab Türkiyədə türk dilinə də tərcümə edilir,” alim qeyd edib.

Kitabda Şərqi Türkistanın türk və müsəlman xalqlarının (uyğur, qazax, özbək, qırğız, tatar, dunqan və s.) Çin rejiminə qarşı 20 illik mübarizə tarixi (1930-1950) əhatə edilib və mübarizənin liderlərinin - Sabit Domullah, Hoca Niyaz Hacı, Əlixan Törə, Əhmədcan Qasimi, Əbdülkərim Abbasov, Osman Batır, İshakxan Monunov, Delalxan Sugurbayev, Məsud Sabri, Məhəmməd Əmin Buğra, İsa Yusif Altəkin və digərlərinin siyasi portreti yaradılıb.

XS
SM
MD
LG