Qasırğadan zərər çəkənlərə ianə toplamaq üçün Nyu-York şəhərindən “Əl-Ələ” adlanan mərasimdə kimlər yox idi?
New York Post’s Page Six-ə istinadən ulduzların köməyi ilə Texas ştatında Harvi qasırğasının qurbanları və Florida ştatı ilə Karib dənizi regionlarında İrma qasırğasından zərər çəkənlər üçün təxminən 14.5 milyon dollar pul toplanıb.
Brüs Uils, Ceymi Foks, Robert Deniro, Treysi Morqan, Katerin Zeta-Cons, Leonardo Dikaprio, Al Paçino, Karli Kloss, Mett Lauer və bir çox başqa ulduz bir araya gələrək, ianə edən insanları əyləndirib və onları fəlakətdən zərər çəkənlərə daha da çox ianə etməyə çağırıb.
Page Six yazır ki, Ceyms Foks “Biz buraya yardım üçün pul toplamaq, fəlakətdən zərər çəkənləri ruhlandırmaq üçün gəlmişik. Ağır zamanlarda biz kim olduğumuzu nümayiş etdirməliyik. Biz şəfqətliyik, biz sönməzik” deyə bildirib.
Oskar mükafatı mərasimindən başqa biz heç bir vaxt bu qədər ulduzu bir arada görməmişdik.
Amma Oskar mükafat mərasimindən fərqli olaraq bu mərasim ulduzlara deyil, daha çox sadə insanlara xeyir vermək üçün nəzərdə tutulub.