Accessibility links

Hollandlar Aİ-Ukrayna razılığını rədd edir


Hollandiya baş naziri Mark Rutte
Hollandiya baş naziri Mark Rutte

İcrası məcburi olmayan referendumun nəticələrinə görə, hollandiyalı seçicilərin əksəriyyəti Avropa İttifaqının Ukraynla ilə ticarət razılığının əleyhinə səs verib.

Çərşənbə günü baş nazir Mark Rutte Hollandiya hökümətinin parlament və avropalı həmkarları ilə gələcək addımlar barədə məsləhətləşəcəyini deyib.

Rutte prosesin günlər və ya hətta həftələr çəkəcəyi barədə xəbərdarlıq edib.

Avropa İttifaqı sazişinin hollandiyalı əleyhdarları iddia edir ki, razılığın əsas məqsədi korrupsiya və separatçı hərəkatı ilə mübarizə aparan Ukraynanı ittifaqa daxil etməkdir.

Birləşmiş Ştatlar isə bu razılığı dəstəkləyir.

XS
SM
MD
LG