Accessibility links

İllərdir bir fermada bağlı saxlanan ailə aşkar edilib


Hollandiya polisi çərşənbə günü bir fermadakı evdə bir ailənin altı üzvünü bağlı otaqda təcrid vəziyyətində saxlayan şəxsi sorğu-sual etdiyini bildirib.

18-25 yaşlar arasında olduğu təxmin edilən 5 bacı-qardaş, eləcə də xəstə ata olduğu güman edilən bir şəxs şimal Drenti vilayətinin Ruinervold kəndində tapılıb.

Polisin dediyinə görə, fermadakı evin kirayəsini ödəyən şəxsin həbs edilməsinə baxmayaraq, onun cinayətdə əli olub-olmadığı məlum deyil. Yerli şəhər meri Rocer de Qroot çərşənbə axşamı həbs edilən 58 yaşlı şəxsin uşaqların atası olmadığını deyib.

"Həmin şəxs hələ də həbsdədir və sorğu-sual edilir. Hələ çox şey aydın deyil, orada baş verənlər araşdırılır" - deyə, Drenti polis idarəsindən Qretci Hartstra bildirib.

Yerli xəbərlərə görə, dünyanın sonunu gözləyən ailənin 25 yaşlı bir üzvünün fermadan qaçaraq, yaxınlıqdakı bir kafedə yardım istəyib.

Polis bu ailəni fermadakı evin kiçik bir otağında, bağlı vəziyyətdə saxlandığını, lakin bunun onların öz istəyi ilə edilib-edilmədiyinin məlum olmadığını deyib.

XS
SM
MD
LG