Accessibility links

Fransanın dövlət başçısı Yaxın Şərqdə səfərdədir


Cənab Olland İsraili işğal etdiyi ərazilərdə yaşayış məntəqələrinin inşasının dayandırılmasına çağırıb. O, inşaatın fələstinlilərlə müzakirələri çətinləşdirdiyini bildirib.
Ramallahda Fələstin prezidenti Mahmud Abbasla birgə mətbuat konfransında Olland deyib ki, bu həm də iki dövlət ideyasına mane olur.

Fransa prezidenti İrana qarşı sanksiyalar və təzyiqlərin o ölkənin nüvə proqramını dayandırdığından əmin olmayınca qüvvədə qalacağını deyib. Fransua Ollandın bu vədi dünən onun İsrailə səfəri zamanı səslənib. 3 günlük səfərinə İsraildən başlayan Fransa lideri bildirib ki, Paris nüvə yarışını qəbul etməyəcək. İvrit dilində danışan Olland “mən həmişə İsrailin dostu olacağam” deyib.

İsrail Fransa və digər dünya ölkələrindən İrana qarşı sanksiyaların yüngülləşdirilməməsini istəyir. Israil liderləri mövcudluğunun əleyhinə olan İranın nüvə silahına malik olmasını böyük təhlükə hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG