Accessibility links

Fransa prezidenti beynəlxalq konfransa çağırır


Fransa prezidenti Fransua Olland İraq və Suriyanın ərazilərini ələ keçirən İslam Dövləti qrupu ilə bağlı müzakirələr aparılması üçün beynəlxalq konfrans keçirilməsinə çağırıb.

Bu gün Le-Mond qəzetinə verdiyi müsahibəsində cənab Olland deyib ki, yaxşı maliyyələşdirilmiş, yaxşı təşkilatlandırılmış və güclü silahlanmış qrupa qarşı qlobal strategiya qurulmalıdır. O, hazırkı vəziyyətin beynəlxalq ictimaiyyətin üzləşdiyi 2001-ci ildəkindən də ağır olduğunu deyib.

ABŞ və Fransa da daxil edilməklə, Qərb İslam Dövləti ilə mübarizə üçün İraqın şimal bölgəsindəki kürdləri silahla təmin edir.

Dünən İslam Dövləti yaraqlılarını ölkənin şimalındakı Tıkrıt şəhərindən çıxarmaq üçün əməliyyatlar keçirilib, bazar ertəsi isə Birləşmiş Ştatlar ordusu İraq və kürd hərbi qüvvələrinə sünni ektremistlərin Mosulda ələ keçirdiyi su bəndinin geri alınmasında yardım edib.

XS
SM
MD
LG