Accessibility links

Köhnə hərbi maşın kolleksionerləri [VİDEO]


Köhnə hərbi maşın kolleksionerləri
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Birləşmiş Ştatların 1991-ci ildə İran Körfəzindən tutmuş, İraq və Əfqanıstan münaqişələrində istifadə edilən məşhur Hamvis hərbi maşınları köhnəlib. İndi Pentaqon bu texnikanın yeni nəslini nümayiş etdirir. Lakin Hamvislərin həvəskarları var, onları əsasən kolleksionerlər alır.

Vaşinqton yaxınlığındakı park hərbi maşınlarla doludur. Burada II Dünya, Vyetnam və Koreya müharibələrində, eləcə də 1980-ci illərdə istifadə edilmiş 50-dən çox sport tipli və zirehli maşın var.

“Bu silahdaşıyıcıdır. Biz onu tullantılar arasından tapdır və təmir etdik” deyə, kolleksioner Volter Skrot bildirir.

Kolleksioner Mark Kolok isə “Bu Koreya müharibəsindən, 1953-cü ildən qalıb. Mən atamı təmsil edirəm, o, Koreya müharibəsi veteran idi. O, hərbi mühəndis idi” deyir.

Hərbi maşın kolleksionerləri bu sərgiyə ölkənin hər yerindən gəlib. “Biz Amerikanın 1920-ci ildəki transcontinental, vaşiqntondan san Diyeqoya qdər yol alan maşın karvanının yolunu izləyirik “ deyə, konvoy komandiri Terri Şelsvel bildirir.

Sükan arxasında kolleksionerləri dəstəkləyən qeyri-hökumət Hərbi Maşınların Qorunması Assosiasiyasının üzvləridir.

Maykl Osallivan Avstraliyadan gəlib. “Bu, 1941-ci ilin yarı yük maşını II Dünya Müharibəsindən qalıb. Bu, buradakı maşınlar içərisində yeganə zirehli maşındır. Amerika boyu nümayiş etdirilən bu maşın unikaldır.”

İsifadə olunmuş hərbi maşınları almaq o qədər də çətin deyil. “Onlar hərbi maşınları hökumətə məxsus IronPlanet.com.-dan ala bilərlər. Həmin online səhifəsində müxtəlif çeşidli hərbi maşınlar satılır.”

Lakin xidmət baha ola bilər. “Maşınlar o qədər də ucuz olmur, lakin yaxşı vəziyyətdə olur. Əsas məsələ onları işə salmaqdır.”

Bu maşınlar 5 min km-dən çox məsafə qət etməyə hazırdırlar. Maşın karvanının icraçısı onların oktyabrın 17-də son dayanacaqlarına çatacağına ümid bəsləyir. Yol boyu vetereanların bütü nəsillərinin verdiyi qurbanlar haqda maarifləndirmə proqramı həyata keçiriləcək.

XS
SM
MD
LG