Accessibility links

Böyük Göllərdə tarixi "Mackinac" Adası

Yerli faytonçular avtomobillərin atları qorxutmasından şikayət edəndən sonra XIX əsrdən bəri Mackinac Adasında bütün mühərrikli minik vasitələrindən istifadəyə qadağa qoyulub.

Mackinac Adası və kurort zonası ABŞ-ın Miçiqan ştatında təxminən 10 kv. km-lıq ərazini əhatə edir. Adası ABŞ-ın Böyük Göllərinə daxil olan Huron gölündə yerləşir.
Ada XIX əsrin sonlarından kurort guşəsinə və yay koloniyasına çevrilib. Ada ABŞ Milli Tarixi Məkanları siyahısına daxil edilib. Adada 1898-ci ildən bəri mühərrikli minik vasitələrinin istifadəsinə icazə verilmir. Burada yalnız at arabaları və velosipedlə gəzə bilərsiniz.

16x9 Image

Emil Quliyev

Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG