Honq Konqun icra başçısı Karri Lam çərşənbə axşamı Birləşmiş Ştatlar prezidenti Donald Trampın Honq Konqda insan haqlarının dəstəklənməsinə dair imzaladığı qanun layihəsini tənqid edərək, bunu "müdaxilə" və "təəssüfedici" adlandırıb.
Lam jurnalistlərə Honq Konq sakinlərinin "bir çox sahələrdə yüksək dərəcədə azadlıqlara" malik olduğunu deyib.
Trampın qanun layihələrini imzalamasına qəzəbli reaksiya göstərən Çin Birləşmiş Ştatların ölkədəki səfirinə etiraz bildirərək, belə bir addımın Vaşinqtonla əməkdaşlığı pozaca biləcəyi barədə xəbərdarlıq edib.
Şəhərin mərkəzi meydanına toplaşan minlərlə etirazçı Honq Konqda insan haqlarını pozan Çin və Honq Konq rəsmilərinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul etdiyinə görə Birləşmiş Ştatlara təşəkkür edib.
Lam həmçinin bazar günü razılaşdırılmış demokratiya yürüşü zamanı polisin gözyaşardıcı qazdan istifadə etməsini müdafiə edib.