Accessibility links

Hindistanla Pakistan arasında Kəşmir uğrunda gedən döyüşdə səkkiz nəfər həlak olub


Hindistan və Pakistan əsgərləri mübahisəli Kəşmir regionunda bir-birilərinin mövqeləri və kəndlərini hədəf alıb. Rəsmilərin şənbə verdiyi məlumata görə, nəticədə azı altı mülki vətəndaş və iki Pakistan əsgəri həyatını itirib.

Pakistanın cabinet naziri deyib ki, bazar ertəsi Pakistanla qonşu Hindistan arasında əsas qatar xidməti bərpa olunacaq. Bu isə yaxınlarda nüvə silahlarına sahib iki rəqib arasında gərginliyin azalacağına işarə edib.

Gərginlik Hindistan təyyarəsinin çərşənbə axşamı Pakistan ərazisinə daxil olub, fevralın 14-də Kəşmirin Hindistanın nəzarət etdiyi hissəsində 40 hindistanlı qoşunun ölümü ilə nəticələnən intiharçı bomba hücumunu həyata keçirdiyini iddia etdiyi militantlara qarşı sonra önləyici hücum keçirməsindən sonra artıb. Pakistan cavab tədbiri olaraq, çərşənbə günü döyüşçü təyyarəni vurub və pilotu ələ keçirib. Pilot cümə günü sülh jesti olaraq Hindistana geri verilib.

Cümə gecə döyüşlər yenidən başlayıb.Pakistan ordusu bildirib ki, Kəşmiri iki rəqib arasında bölən Nəzarət Xətti yaxınlığında Hindistanla atışma nəticəsində iki əsgəri öldürülüb.

Bu arada isə Hindistan polisi bildirib ki, Hindistanın nəzarət etdiyi Kəşmirdə iki bacı-qardaş və anaları həlak olub. Onlar pakistanlı əsgərlərin açdığı atəş onların Ponç regionundakı evinə tuş gəlməsi nəticəsində həyatını itirib. Uşaqların atası isə ağır yaralanıb.

Hökümət rəsmisi Umaq Azam deyib ki, Pakistanın nəzarət etdiyi Kəşmirdə ağır silahları olan hindistanslı qoşunlar Nəzarət Xətti yaxınlığındakı kəndləri hədəf alıb və nəticədə bir oğlanı öldürüb, üç nəfəri yaralayıb.

Bir neçə saat davam edən səssizlikdən sonra şənbə atışmalar davam edib. Pakistan ordusunun bəyanatında bildiri ki, ən son atışma iki mülki vətəndaşın ölümü, digər ikisinin isə yaralanması ilə nəticələnib. Hindistan ordusu bildirib ki, Pakistan qoşunları hərbiləşdirilmiş xətt boyu bir neçə yerdə Hindistan mövqelərinə hücum edib.

Ötən ay baş verən intiharçı hücumdan sonra gərginliyin artmasından bəri dünya liderləri Hindinstanla Pakistan arasında müharibənin başlamasının qarşısını almağa çalışır. İki rəqib 1947-ci ildə Britaniyadan müstəqilliklərini alandan bəri Kəşmir üzərində üç müharibə aparıb.

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi şənbə günü deyib ki, Rusiya gərginliyi azaltmaq üçün vasitəçi qismində iştirak etməyi təklif edib. O deyib ki, Pakistan bu təklifi qəbul etməyə hazırdır, amma Hindistanın razılaşıb-razılaşmayacağını bilmir.

XS
SM
MD
LG