Hindistan rəsmiləri bildirir ki, ölkənin şimal-şərqi Assam ştatında yerləşən izdihamla dolu bazarda silahlı şəxslərin atəş aşması nəticəsində 12 nəfər ölüb.
Dövlət orqanları cümə günü ştatın kommersiya paytaxtı Quvahatidən 220 kilometr uzaqlıqda yerləşən Kokraçar şəhərində törədilən hücum nəticəsində 15 nəfərin xəsarət aldığını bildirir.
Hücumda görə bir neçə nəfərin iştirak etdiyi güman edilir.
Times of India qəzetinin verdiyi məlumata görə, hücumçülar bir qumabara da partladıblar ki, bu, üç mağazanın dağılmasına səbəb olub.
Rəsmilər hücuma görə Bodo qrupuna mənsub olanj militantları günahlandırır.
Dövlət orqanları silahlı şəxslərdən birinin öldürüldüyünü, digərlərinin isə təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olduğu barədə xəbər verir.